Əsmər Daşdəmirova: “Gənclər daha fəal olmalıdırlar”
Gənclər cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən əsas qüvvədir. Aprelin 21-də müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edən prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması prosesində gəncləri aktiv olmağa çağırması da bu baxımdan diqqət çəkməyə bilməzdi. Bu görüşdə iştirak edən “Microsfort Azərbaycan” şirkətində marketinq şöbəsinin rəhbəri Əsmər Daşdəmirova Azərbaycan gənclərinin həmişə fəallıqları ilə seçildiyini vurğulayır.
Əsmər Daşdəmirova -1981-ci ilin sentyabr ayında Bakı şəhərində anadan olub. Əla qiymətlərlə Bakı Avropa Liseyini, daha sonra M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hesablama riyaziyyat və kibernetika fakültəsini bitirib. 2005-2009-cu illərdə bp Azərbaycan neft şirkətində müxtəlif vəzifələrdə çalışıb. Hazırda “Microsfort Azərbaycan” şirkətində marketinq şöbəsinin rəhbəri vəzifəsində çalışır.
- Gənclərimiz fəallıqları ilə seçilirlərmi?
- Azərbaycan gəncləri həmişə yüksək siyasi fəallıqları ilə seçiliblər və bu, dövlətin Azərbaycanda və xaricdə gənclərin potensialının stimullaşdırılmasına göstərdiyi diqqət sayəsində son illərdə özünü xüsusi olaraq göstərib. Bu yaxında Strasburqda keçirilmiş ASAIF gənclər təşkilatının forumunu bir misal kimi gətirmək olar. Həmin forumda dünyanın bütün ölkələrində təhsil almış Azərbaycan gəncləri, xarici tələbələr iştirak ediblər. Bu forumda mən də iştirak etmişdim və Azərbaycanı bütün dünyada uğurla təmsil etmək üçün xaricdə Azərbaycan tələbələrinin fəaliyyətinin əlaqələndirilməsi məsələləri ilə xüsusi olaraq maraqlanırdım.
- Torpaqlarımızın 20 faizi işğal altındadır. Necə hesab edirsiniz, gəncliyimiz vətənpərvər ruhda böyüyürmü?
- Əminəm ki, bizim gənclərin vətənpərvərliyi həqiqətən yüksək səviyyədədir. Ancaq unutmamalıyıq ki, gələcəyin çağırışları gənclərdən daha fəal olmağı və yüksək vətənpərvərlik ruhu tələb edir.
- Bu gün Azərbaycan gəncliyinin üzləşdiyi əsas problemləri necə sadalamaq olar?
- Əfsuslar olsun ki, problem az deyil. Məncə, əsas problemlər təhsili başa çatdırdıqdan sonra iş tapmaq, gənc ailələr üçün yaşayış problemi, həyatda öz potensialından geniş istifadə etməkdir. Biz problemlər barədə açıq danışmalıyıq, çünki bu, onların həlli yoludur. Hazırda məhz belə meyllər müşahidə olunur və bu da hətta ən çətin problemlərin uğurlu həllinə ümid verir.
- İş problemindən söz düşmüşkən, xaricdə təhsil alan tələbələrin işlə təminatı sahəsində hansı addımların atılmasını vacib sayırsınız?
- Son illərdə dövlətimizin dəstəyi ilə xaricdə təhsil alan tələbələrin sayının davamlı artması tendensiyası müşahidə olunur. Onu qeyd etmək vacibdir ki, bu tələbələrin ən yaxşı universitetlərdə təhsil almağa, bilik və dünya təcrübəsi əldə etmək imkanı var. Həmin təcrübənin Azərbaycanda tətbiq edilməsi bunun üçün müvafiq şəraitin yaradılmasından asılıdır. Ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrdə dinamik inkişafını nəzərə alaraq, ölkəmizin inkişafının demək olar ki, bütün istiqamətlərində gənc və səriştəli kadrlara ehtiyac duyulur. Bu, xaricdə təhsil almış və karyerasını vətənlərində davam etdirmək arzusunda olan tələbələr üçün yeni iş yerlərinin açılmasına münbit şərait yaradır.
- Gənclərin Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə görüşünü necə dəyərləndirirsiniz? Görüş sizdə hansı təəssüratı yaradıb?
- Görüş pozitiv istiqamətdə keçdi və hər kəs onu narahat edən problem barədə öz fikrini söyləyə bildi və ən önəmlisi odur ki, prezident hamını çox diqqətlə dinlədi və bütün suallara cavab verdi. Bu cür dialoq formatı görüşün çox konstruktiv və məhsuldar olmasına kömək etdi. Özüm üçün xoşagələn bir tendensiyanı qeyd etmək istəyirəm. Dövlət başçısı yalnız dinləyib verilən sualları cavablandırmadı. O, eyni zamanda, gələcək gənclik proqramının əsasını təşkil edəcək göstərişləri yerindəcə verdi.
- Hazırlanmaqda olan “Azərbaycan gəncliyi Dövlət Proqramı” ilə bağlı hansı təklifləriniz var?
- Fikrimcə, yeni gənclik proqramı sayəsində həll edilə bilən ən vacib problemlərdən biri gənclərin öz intellektual potensialının həyata keçirilməsi üçün şəraitin olmamasıdır. Mən fəaliyyətinin əsasında əqli mülkiyyətin müdafiəsi və təmin edilməsi olan, böyük və çoxmillətli “Microsoft” şirkətində işləyərək Azərbaycan iqtisadiyyatının yüksək texnologiyalı sahələri üçün bunların nə dərəcədə vacib olduğunu daha aydın görürəm. Prezidentin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsini neft-qaz sənayesindən sonra ölkə iqtisadiyyatının prioritet istiqaməti elan etməsi məni sevindirir. Lakin aydındır ki, bu inkişaf dünya praktikasında qəbul edilmiş əqli mülkiyyətin müdafiəsi üzrə hüquq normalarına riayət etmədən mümkün deyil. Güman edirəm ki, bu məsələlər yeni gənclik proqramında öz əksini tapsa, iqtisadiyyatın bütün yüksək texnologiyalı sahələrində daha da ciddi irəliləyiş gözləmək ola. Gənclərin biliyə, intellektual məhsulların yaradılması üçün həmin biliyi istifadə etməyə marağı arta bilər. Nəticə etibarı ilə bunlar hamısı daha çox iş yerlərinin yaradılmasına və mövcud neft iqtisadiyyatının biliklərə əsaslanan iqtisadiyyata çevrilməsinə gətirib çıxaracaq.
Ramiz Mikayıloğlu

1863