7 yolçu, bir Baloğlan Əşrəfov, 50 qəpiklik mədəniyyət və şorgöz türk kişiləri
Abadlığı ilə Bakının kənar məhəllələrinə meydan oxuyan Bibiheybət məscidinin yanından 7 nəfər mindik Bakı-Ankara avtobusuna. Lap məşhur poemadakı “Yeddi yoldaş olub, yola düzəldik” kimi... Ən yaşlımız sarışın, üzü daima sakit-sakit gülümsəyən Firuzə Əsədullayeva köhnənin jurnalisti olması ilə yanaşı, həm də “Jurnalistlər ekstremal şəraitdə” ictimai birliyinin rəhbəri idi. “Ümid” partiyası sədrinin müavinlərindən biri, “totuq-motuq” Aynur İmranova, “Həftə içi” qəzetinin müxbiri, qaralığı ıə hündürdən danışmağı ilə adamı şoka salan Nahid Canbaxışlı, modelyer Fikrət, Qarabağ qazisi Həsən bəy və Böyük Azərbaycan Birliyindən əsəbi Gültəkin xanım.
Bəndəniz də ki, öz yerində…
Səfərimiz boyu fəxri ağbirçəkliyi həvalə elədiyimiz Firuzə xanım sərnişinlərinin az qala hamısı azərbaycanlı olan avtobusda ön sıraları sifariş vermişdi. Bir-birimizlə, sürücü və köməkçisi ilə yaxın oturmağımız, qaynayıb-qarışmağa çalışan sərnişinlərin zarafatları avtobusun ön tərəfini səs-küyün bir an da kəsmədiyi festival əhval-ruhiyyəli bir yerə çevirmişdi. Ta ki, avtobusun iri bığlı, iri bədənli türk sürücüsü ekranı açıb, kədərli müğənnimiz Baloğlan Əşrəfovu bizlərə iki sutkalıq yolda yol yoldaşı eləyənə qədər.
Yol uzunu Baloğlan Əşrəfovun irinli-qanlı mahnılarını dinləmək bütün azərbaycanlıların alnına yazılıb və bu qismət qaçılmazdır…
Batumiyə qədər “i love you”…
Əsas yol yoldaşımız kədərli Baloğlan müəllim olsa da, sürücünün köməkçisi də əla oğlan çıxmışdı. Üzdən və pal-paltarından tükrlərə, sifətdən italyanlara oxşasa da, əslən bakılı olan bu qulluğa pərgar olan oğlan ta Ankaraya çatana qədər qulluğumuzda dayandı, “qa” deyəndə yemək, “qu” deyəndə su, heç nə deməyəndə isə əllərimizi ovuşdurub, təravətlənməyimiz üçün odekolon verdi. Avtobusdakı gənc qızlara romantik-romantik, yaşlı qadınlara hörmət, kişilərə isə laqeydliklə baxan bu oğlanın adı Zaur idi.
Sürücümüz yolboyu Baloğlan Əşrəfovun mahnılarındakı kədərə başını bulayan, aradabir əsl müdir hökmü ilə Zaura xırım-xırda göstərişlər verən, bayaq dediyim kimi, iribədənli, orta yaşlı, olduqca qalın bığlı türk idi. Yol uzunu sərnişinlərin rahatlığının, toxluğunun qayğısına qalan bu kişi çox dinib-danışmasa da, aradabir tamaşaçıların xahişi ilə “Şaban”ın filmlərinin nümayişini təşkil edir və Kemal Sunalın hozu-hozu zarafatlarına bərkdən gülürdü.
Qırmızı Körpü adlanan sərhəd məntəqəsini keçəndən sonra gecə düşdü və qayğıkeş sürücü köməkçisi yanaşı oturmuş hər cütlüyə bir ədyal payladı. Mənim oturacaq qonşum Firuzə xanım olduğundan, zarafatlaşmağa mövzu qalmırdı. Odur ki, mən üzümü bizimlə paralel qoşa oturacaqda bir ədyalın altında mehriban-mehriban mürgü döyən bir xanım və bəyə tutub “yaxşı, mən Azərbaycana qayıdanda ikinizi bir yorğan altında gördüyümə rahat and içə bilərəm” deyə, ikisinin də yuxusunu qaçırdım.
Sonra başımı köməkçinin mənə özəl olaraq gətirdiyi ürəyə yata balaca qırmızı yastıqçaya söykəyib, Batumiyə qədər yatdım. Yastığın üstündə qızılı saplarla “İ love you” sözləri işlənmişdi.
Əlli qəpiklik mədəniyyət
Səhərin gözü açılar-açılmaz gecə daşlı-qayalı, aşırımlı, dolama yollardan keçən (mən bunu aradabir yuxudan ayılıb, yuxulu-yuxulu pəncərədən çölə baxanda görürdüm) sürücümüz bizi Sarp qapısına çatdırmışdı. Gömrükdə bir dəstə gürcü arvadı növbəmizi yarıb kənardan yağdırılan söyüşlərə, hədə və qınaqlara fikir vermədən, tələm-tələsik, az qala uça-uça Türkiyə tərəfə keçdi. Yuxulu qədəmlərimizi Türkiyə torpağına basar-basmaz nəhəng bir xidmət ölkəsi qulluğumuzda dayandı. Avtobusun üç saatdan bir dayanıb, sərnişinləri tökdüyü “dinlənmə təsisləri”ndə uzun yola çıxmış səyyaha can rahatlığı üçün nə lazımdısa, hər şeyi tapmaq olurdu. Növbənöv yeməklərdən, marketlərdəki min bir növ xırdavatdan, geniş və təmiz tualetlərdəki salfet-kolonyalara qədər. Bəzi tualetlərdə hətta makiyaj otağı da müşahidə etdim ki, mənim kimi yol yorğunluqdan sifətini itirib, itə oxşadığını özünə dərd eləmiş adam üçün çox vacib idi. Bu arada, ömründə Türkiyəyə ayağı düşməyən oxucularım üçün zəruri qeyd: Türkiyədə yol üstündəki bütün təsisatlardakı tualetlər ödənişlidir, qiyməti də bir lirədir (yəni bizim pula əlli qəpik). Üç dənizin sahilində yerləşən o boyda ölkəni ilk olaraq tualetləri ilə tanıtmağıma görə də məni qınamayın - bütün mədəniyyətlərin ilkin göstəriciləri yeməkxanaları, qadınları və tualetləridir.
Yamaqlı dəniz… Ah, Qara dəniz!
Avtobusumuz Qara dəniz sahili ilə durmadan irəliləyir, bir-birinin ardınca qaralan dağların sinəsində quraşdırılmış tunellərin içi ilə keçib, bu axşam Ankaraya, son dayanacağa çatmağa tələsirdi.
Mənim gözüm isə Qara dəniz sularında idi. Ömrümdə ilk dəfə idi ki, dənizdə parça-parça, adda-budda, bozumtul-bozumtul su yamaqlar görürdüm. Elə bil naşı, pinti bir dəniz dərzisi Qara dənizin şəffaf, mavi sularına boz-bulanıq arx suyundan saysız-hesabsız yamaqlar vurub, harasa əkilmişdi.
Avtobusumuza işinə tələsdiyi üçün, yolüstü minən, cəmi iki saat bizimlə yol yoldaşı olan hündür, sarışın, şumal yolçunun gözlərinin maviliyi isə Qara dənizin maviliyinə də, şəffaflığına da beş çəkərdi… Mən, nəyə olsa da, rəngli gözlərə heç vaxt laqeyd qala bilməyən qadın, Bakıda heç bir mavigözlü oğlanın gözlərini Xəzərə bənzətməzdim. Amma o naməlum yolçunun gözlərini Qara dənizə elə yaraşdırdım ki!
Ankara avtovağzalı
Türkiyə saatı ilə axşam saat 11-də Ankara avtovağzalına çatdıq. Yolumuz buradan İzmirə, solçuların, gözəl qızların və Sezen Aksunun şəhərinə idi. Ankara avtovağzalında İzmirə biletlərimizi alıb, avtobusumuzu gözləyirdik. Kafelərdən birində əylənən kimi, adama bir stəkan çay içib, telefonlarımızı, noutbuklarımızı cərəyana qoşmağı qənimət bildik. Bu arada Türkiyə torpağına qədəm basandan bəri ağzımızın dadı azmışdı. Dünyanın ən çox çay içən ölkələrindən biri hesab olunan Türkiyədə hələ bir stəkan da olsun, adam balası kimi bir çay içə bilməmişdik. İncəbelli stəkanlardakı qaramtıl mayenin qaynarlığı yerində olsa da, dadı zəhər-zəqqum idi. Səbəbi sadəydi – çayın dəmini qaynatmaq çay dəmləmə prosesinin vacib şərtidi oralarda.
Çayın acılığı, gözümüzün acılığına qarışandan, gözləməkdən yorulandan sonra ikibir-üçbir vağzalı dolaşmağa çıxdıq. Yanaşı gəzən qadınları görən şorgöz türk kişiləri addımbaşı “bayanlar, nasıl yardımçı ola biliriz?” deyə, üstümüzə şığıyırdılar. Bir ucdan üstümüzə şığıyan belə çoxlu kişini görəndə əvvəl-əvvəl hürksəm də, sonradan alışdım. Bu zalım uşağı “bayan” görəndə, elə bil, analarının gəlinlərini görürlər…
Uzandıqca uzanan vağzal boyu sıralarla düzülmüş türk şirniyyatı, xırdavat dükanları ilə bərabər diqqətimi cəlb eləyən şey buradakı saysız-hesabsız kitab piştaxtaları idi. Bu adda-budda xırdavat dükanları olmasaydı, naşı adam avtovağzalı təvazökar kitab sərgisi bilərdi. Endirimli-endirimsiz, kredit kartı və nağd ödənişlə satılan, yerli və xarici, texniki və bədii, bir sözlə, hər cür kitablar, kitablar, kitablar…
İzmir avtobusu gəldi və gecənin tən yarısına yolda babat deyişib, araya qanqaraçılıq salan heyətimiz avtobusa minib, üzümüzü İzmirə tutduq. Nənəm demişkən, heyətə artıq “şeytanpayı” düşdüyündən, bu dəfə bir yerdə yox, pərən-pərən oturduq və mənim yol yoldaşım sifətindən zəhrimar yağan cavan bir türk qızı oldu. Mən düz səkkiz saatı hələ keçib getməyən çayın acılığını, yuxusuzluğunu acısını və qaramat türk lirikasından təsirlənib qaşqabağını sallayan bu başıxarab türk qızının üzündəki zəhrimarı çəkəsi oldum.
Bəlkə elə buna görə də, səkkiz saat sonra səhərin təzə-tər, insanların hələ məsum vaxtlarında avtovağzalına qədəm basdığımız İzmir elə ilk baxışdanca mənə dünyanın ən gözəl şəhəri kimi göründü…
Düz iki sutka yolçuluqdan sonra şişib dama dönmüş ayaqlarımın indi sərbəst gəzəcəyinə və artıq İzmirdə olduğumuza inana bilmirdim.
(ardı var)
Günel Mövlud

1048