Evə OD VURDU:  ana və 3 yaşlı oğlu yanıb   öldülər
16 oktyabr 2025 13:55 (UTC +04:00)

Evə OD VURDU: ana və 3 yaşlı oğlu yanıb öldülər

0

Rusiyada kişi ana və övladını vəhşicəsinə öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Krasnoyarskın Areyskoye kəndindəki Lesnaya küçəsində baş verib.

İstintaqın versiyasına görə, 40 yaşlı kişi həmin küçədə yaşayan 36 yaşlı tanışının evinə qonaq gəlib. Onların arasında mübahisə yaranıb. Kişi iki uşaq anasını başından vurub, nəticədə qadın huşunu itirib. Cinayəti gizlətmək məqsədilə o, evi yandırıb.

Yanğın zamanı ana və onun 3 yaşlı oğlu həlak olub. İki yaşlı qız uşağı isə dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qızcığazın həyatını xilas etmək mümkün olub. Hadisə ilə bağlı əvvəlcə ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi üzrə cinayət işi açılıb.

Bununla belə, əvvəllər məhkum olunmuş şübhəli öz günahını inkar edir. O, qadının evində qonaq olduğunu qəbul etsə də, yanğından əvvəl evi tərk etdiyini və heç kimə zərər vurmadığını deyib. Əgər kişinin təqsiri sübuta yetirilsə, cinayət maddəsi daha ağır olan bənd üzrə yenidən təsnif ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 508

Oxşar yazılar