Məşhur baş məşqçi  istefa verdi
16 oktyabr 2025 16:38 (UTC +04:00)

Məşhur baş məşqçi istefa verdi

0

Hollandiyalı Patrik Klyuvert İndoneziya millisinin baş məşqçisi vəzifəsindən istefa verib.

Lent.az xəbər verir ki, bu barədə İndoneziya Futbol Assosiasiyası məlumat yayıb. 49 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Klyuvert bu vəzifəyə yanvarın 8-də təyin olunmuşdu.

Qeyd edək ki, 11 oktyabrda 2026-cı il dünya çempionatının seçmə mərhələsində İndoneziya yığması İraq yığmasına 0:1 hesabı ilə məğlub olaraq, gələn il ABŞ, Meksika və Kanadada keçiriləcək turnirdə iştirak şansını itirib.

Klyuvert bundan əvvəl Niderland və Kamerun yığmalarında köməkçi məşqçi kimi çalışıb. “Tvente” və “Ayaks”ın gənclər komandalarını, eləcə də Kurasao millisinin və Türkiyənin “Adana Dəmirspor” klubunun baş məşqçisi olub. O, həmçinin PSJ və “Barselona” klublarında rəhbər vəzifələrdə çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 480

Oxşar yazılar