Ağdaşda telefonla qışqıraraq danışan şəxs cərimələnib.
Lent.az xəbər verir ki, hadisə rayonun Dəhnəxəlil kəndində qeydə alınıb.
32 yaşlı Ucar rayon sakini Mahmud Abbasov (ad və soyad şərtidir) ona borclu olan şəxslə Dəhnəxəlil kəndində yol kənarında telefonla danışarkən ucadan qışqırıb və nalayiq ifadələr işlədib. Bunu görən polislər Mahmuda yaxınlaşaraq, irad bildiriblər. Lakin o, irada məhəl qoymayaraq, əməlinə davam edib.
Nəticədə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin və ya hərbçinin tələbinə tabe olmamaq) maddələri ilə inzibati protokol tərtib olunub.
Ağdaş rayon Məhkəməsində hakim Aygün Mürsəlovanın sədrliyi ilə keçirilən iclas Mahmud Abbasov barəsində 150 manat miqdarında inzibati cərimə cəzası təyin olunub.