Təkərlərin utilizasiyası bizə nə verəcək? – ARAŞDIRMA - FOTO
Bəs bu problem nədən ibarətdir? Lent.az-ın xəbərinə görə, işlənmiş təkərlər ekologiya üçün çox böyük təhlükə təşkil edir. Atılmış təkər günəş və suyun təsiri ilə ətraf mühitə çox sayda zərərli maddə buraxır. Bir təkərin torpaqda “əriməsi” üçün 100 ildən çox vaxt tələb olunur. Təkəri yandırmaq isə daha təhlükəlidir. Böyük miqdarda istilik ayrıldığı üçün təkər yanğınını söndürmək də çətin olur. İşlənmiş təkərlər həm də anbarda böyük yer tutur. BMT-nin hesablamalarına görə, dünyadakı təkər tullantılarının həcmi 25 milyon tonu keçib və bu miqdar hər il 7 milyon ton artır. Avropa ölkələrində hər il 3 milyard ədəd təkər dəyişdirilir.
İşlənmiş təkərlərin cəmi 23%-i utilizasiya olunur (digər ölkəyə satma, yandırma, yol örtüyü kimi istifadə). Digər hissə isə təbiətə atılır və ya anbarlarda toz basır.
Azərbaycanda vəziyyət
Azərbaycan Respublikasında qeydə alınmış nəqliyyat vasitələrinin sayı təqribən 1 milyona çatır. Bura kənd təsərrüfatım maşınları, yol çəkən texnika, ordu və digər strukturların balansında olan texnikanı (üstəgəl uçota qoyulmayan vasitələr, mopedlər, müəssisələrdə istifadə edilən yükləyicilər, ölkədəki hərbi və mülki təyyarələrin təkərləri bu siyahıya daxil edilməyib) da daxil etsək daha böyük rəqəm alınar. Belə bir sadə hesablama aparaq: hər nəqliyyat vasitəsi ildə 1 ədəd təkər dəyişərsə, bu ildə təqribən 1 milyon təkər deməkdir. Bir təkərin orta kütləsini 5 kq hesab etsək, ildə təqribən 5 milyon kiloqram təkər tullantısı edər! Bu faktın ekologiyaya mənfi təsirindən danışmaq isə artıqdır.
Nə etməli?
Dünyada təkərlərin utilizasiyasının müxtəlif metodları var. Əgər 20-ci əsrin ortalarında təkərlər sement zavodları üçün yanacaq təşkil edirdisə, indi ekologiyanı pozduğu üçün buna icazə verilmir. Təkərlər piroliz və ya ozonlaşdırma metodu ilə təkrar emal edilir. 1 ton təkərin emalı zamanı təqribən 300 litr yanacaq, 100 kq metal və digər kimyəvi maddələr alınır. Utilizasiyanın ən çətin hissəsi ilə iplərin emalı ilə bağlı idi. Lakin bunun da çarəsi tapılıb. İndi bu iplər futbol meydançalarının süni örtüyünü əvəz edir. Bir çox ölkələrdə isə təkərlər doğranaraq asfaltın tərkibinə qatılır. Xammalın böyük bir qismi də yenidən təkər istehsalına yönəldilir.
Uzunçuluğa yol vermədən qeyd etmək istərdim ki, təkərlərin utilizasiyası çox böyük maliyyə tələb edən işdir. Bununla bahəm, belə bir proqramın həyata keçirilməsi ölkədə yeni iş yerlərinin açılmasına da imkan verər (Bu da dövlət başçısının inkişaf strategiyasına tam uyğundur).
Belə bir sual da ortaya çıxa bilər: təkərlərin utilizasiyası üçün zavod tikiləcəksə, xammal problemi yaranmayacaqmı? Buna tam əminliklə “yox” demək olar. Yuxarıda qeyd etdiyimiz kimi, hər il ölkədə təqribən 5 milyon kq təkər atılır. Üstəgəl, kənd yerləri, neft mədənlərinin ətrafı və zibilxanalarda olan təkərlərin sayı-hesabı yoxdur. Bunların da yığışdırılması çox sayda insan üçün iş yeri deməkdir.
Qanun
Azərbaycana ikinci əl Avropa avtomobillərinin gətirilməsi fonunda, ölkəyə daşınan işlənmiş təkərlərin də sayı artıb. Bu gün təkər təmiri sexlərində ucuz qiymətə Avropada işlənmiş təkərlər təklif edilir. Bu təkərlər də cəmi bir-neçə ay işləndikdən sonra ömrünü başa vurur və ölkədə zibilliyin sayı artır. Bu problemi isə işlənmiş təkər idxalına qadağa və ya böyük rüsum qoymaqla birdəfəlik həll etmək olar (qonşu Rusiyadakı kimi).
Ənənə
Artıq iki çərşənbəni yola saldıq. Ölkənin bütün ərazisində insanlar çərşənbə tonqalı qaladılar. Bir-neçə həftə sonra Novruz tonqalları hər yerdə alovlanacaq. Ümid edirəm ki, öz sağlamlığına və ətraf mühitə biganə olmayan hər bir Azərbaycan vətəndaşı bayram tonqalında təkər yandırmayacaq. Bu həm onların sağlamlığı, həm də ətraf mühit üçün təhlükəlidir. Yanğınsöndürənlərimizin də bayramı öz ailələri ilə rahat qeyd edə bilməsi üçün gəlin təkər yandırmaqdan vaz keçək.
Asfalt üzərində ocaq qalamaqla biz asfalt çəkənlərin və şəhərin təmizliyi ilə məşğul olanların haqlarına bais oluruq. Ümumiyyətlə isə, ekoloji vəziyyəti qənaətbəxş olmayan şəhərdə bir tonqalın az yandırılması da “qənimətdir”.
Vüqar Ələsgərov

1995