Narkotiklərin daşınması üçün Cənubi Qafqaz ölkələrindən tranzit kimi istifadə olunur
“Əfqanıstandan narkotik maddələrin daşınması üçün daha çox Cənubi Qafqaz ölkələrindən tranzit kimi istifadə olunur. Bu isə qeyd olunan regionda narkotik maddələrdən istifadənin miqyasını genişləndirir”.
APA-nın məlumatına görə, narkotiklərə nəzarət üzrə Beynəlxalq Komitənin illik hesabatında belə qeyd olunur: “Cənubi Qafqaz regionunun İran, Rusiya və Türkiyə isə sərhəddə malik olmasını, bölgənin Qara dəniz və Xəzər dənizinə çıxışını nəzərə alaraq Beynəlxalq Komitə Azərbaycan, Ermənistan və Gürcüstanda narkotik maddələrin qanunsuz dövriyyəsi və narkomaniyanın miqyasının genişlənməsindən narahatlıq keçirməkdə davam edir. Bu ölkələr informasiya mübadiləsi aparılmasına, sərhəd nəzarətinin effektivliyinin artırılmasına, narkotik maddələrin tələbatın azaldılmasına, regional və ümummilli səviyyələrdə narkotiklərə nəzarətin koordinasiya olunmasına diqqət yetirilməlidir”.
Hesabatda komitənin missiyasının ötən ilin iyulunda Azərbaycana səfər etdiyi vurğulanır. Hesabatda qeyd edilir ki, Azərbaycan narkotik qaçaqmalçılığının qarşısını almaq üçün bir sıra tədbirlər görüb, o cümlədən sərhəd nəzarətini gücləndirib: “Buna baxmayaraq Azərbaycan yenə də qanunsuz narkotik dövriyyəsində tranzit ölkə olaraq qalmaqdadır. Hökuməti bu sahədə hüquq-mühafizə fəaliyyətini, regional əməkdaşlığı, informasiya mübadiləsini artırmağa çağırırıq”.
Bundan başqa, Beynəlxalq Komitə narkotiklərdən istifadə səviyyəsini öyrənmək üçün ümummilli səviyyədə təhqiqat aparmağı, narkotik maddələrlə mübarizəyə dair strategiya hazırlanmasını tövsiyə edib. Hesabatda həmçinin qeyd olunur ki, Azərbaycanda heroinin müsadirə olunması halları 2008-ci illə müqayisədə 63 faiz artıb.

558