Azərbaycanın sığorta-pensiya modeli örnəyə çevrilir
Dünya Bankının layihələrinin tətbiq olunduğu keçid dövrü ölkələri Azərbaycanın sığorta-pensiya modelini öyrənmək məqsədilə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) müraciət ediblər.
Fondun ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatlar və qurulan yeni modelin öyrənilməsi Dünya Bankı tərəfindən keçid dövrü ölkələrinə tövsiyə olunub. Bu tövsiyəyə uyğun olaraq Dünya Bankının layihələrinin tətbiq olunduğu keçid dövrü ölkələrinin müvafiq nümayəndə heyətlərinin Azərbaycanın sığorta-pensiya modelinin öyrənilməsi məqsədilə respublikamıza səfərləri planlaşdırılır. Belə ki, Monqolustan və Türkmənistanın sığorta-pensiya qurumları Azərbaycan təcrübəsini öyrənmək üçün Dövlət Sosial Müdafiə Fonduna (DSMF) rəsmi müraciət ediblər.
Monqolustanın Sosial Sığorta Fondu tərəfindən ünvanlanan məktubda müvafiq nümayəndə heyətinin DSMF ilə əməkdaşlıq etmək üçün Azərbaycana səfər etmək niyyətində olduqları bildirilib. "Bir çox informasiya mənbələrindən aldığımız məlumatlara görə, sizin ölkəniz bazar iqtisadiyyatının prinsiplərinə, müasir tələblərə cavab verən və ədalətlilik prinsipinə əsaslanan şəffaf və aydın fərdi sosial sığorta sistemi formalaşdırmışdır və bu sistem digər ölkələr üçün modelə çevrilmişdir. Regionda digər ölkələri geridə qoymuş Azərbaycanın müvəffəqiyyətli pensiya islahatı barədə biz məlumatlıyıq və məmnuniyyət hissi ilə sizin təcrübənizdən yararlanmaq istərdik"-,deyə Monqolustanın Sosial Sığorta Fondunun Baş direktorunun məktubunda vurğulanır.
Türkmənistanın nümayəndə heyəti də Azərbaycanla sığorta-pensiya islahatları üzrə əməkdaşlıq istiqəmətində razılıq əldə etmək üçün ölkəmizə səfərə gəlmək niyyətində olduqlarını bildiriblər.
Xatırladaq ki, Əfqanıstan Respublikasının nümayəndə heyəti isə artıq bir dəfə Azərbaycanda səfərdə olub. Dünya Bankının Əfqanıstan üzrə layihəsi çərçivəsində baş tutan səfər zamanı DSMF-də olan nümayəndə heyəti ölkəmizdə sığorta-pensiya sistemində həyata keçirilən və beynəlxalq etimad qazanan islahatlarla tanış ediliblər. Bu səfərin nəticələrinə əsasən, iki ölkənin müvafiq qurumları arasında gələcək əməkdaşlığı nəzərdə tutan saziş layihəsinin imzalanması nəzərdə tutulur.
Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi, hələ 2004-cü ildə ölkəmiz Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvü, 2007-ci ildə isə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilmişdi.
Elxan SALAHOV

705