Azərbaycanda 1037 qadın süd vəzi xərçəngindən əziyyət çəkir
Hər il dünyada 1 milyon qadın bu xəstəliyə tutulur, 500 min qadın dünyasını dəyişir
Bu gün USAİD-in İlkin Səhiyyə Xidmətləri Gücləndirilməsi Layihəsi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikası, BMT-nin Əhali Fondu, Lider Qadınlar və Demokratik İnkişaf İctimai Birliyi tərəfindən media təmsilçiləri üçün süd vəzisi xərçəngi mövzusunda seminar keçirilib.
Lent.az-ın məlumatına görə, Lider Qadınlar və Demokratik İnkişaf İctimai Birliyinin sədri, millət vəkili Məlahət İbrahimqızı deyib ki, dünyada hər onuncu onkoloji xəstə qadın süd vəzi xərçəngindən əziyyət çəkir.
Məlahət İbrahimqızı bildirib ki, xəstəlik erkən mərhələdə aşkarlanarsa, 3-cü və 4-cü mərhələyə nisbətən müalicə 40 faiz daha effektli olur və xəstələr tam sağalır. O, ana südü əmizdirmənin qadınların süd vəzi xərçənginə tutulmaları riskini xeyli dərəcədə aşağı saldığını dilə gətirib.
Milli Onkologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini Rasim Cəfərov hər il dünyada 1 milyon qadının süd vəzi xərçəngi xəstəliyinə tutulduğunu, hər il yarım milyon qadının bu xəstəlikdən vəfat etdiyini söyləyib. O nəzərə çatdırıb ki, akademik Cəmil Əliyevin rəhbərliyi ilə Milli Onkologiya Mərkəzi qadınlarda süd vəzisi xərçənginin erkən mərhələdə aşkarlanması istiqamətində iş aparır. Mütəmadi olaraq, ucqar bölgələrdə səyyar avadanlıqlar vasitəsiylə qadınlar müayinədən keçirilir. Ancaq o, bu istiqamətdə maariflənmənin və ictimai dəstəyin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
ATU-nun Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov bildirib ki, 2050-ci ildə süd vəzi xərçəngindən əziyyət çəkən qadınların sayı 54 milyona çatacaq. 2050-ci ildə hər il 5 milyon qadın bu xəstəliyə tutulacaq. O nəzərə çatdırıb ki, 2007-ci ilin statistikasına görə, Azərbaycanda 7000 min onkoloji xəstə qadının 1037-si süd vəzi xərçəngindən əziyyət çəkir. Başqa sözlə, Azərbaycanda hər 7-ci onkoloji xəstə qadın süd vəzi xərçəngi xəstəsidir.
Baş həkim qeyd edib ki, ABŞ-da süd vəzisi xərçəngi xəstəliyi qadınların 80 faizində erkən mərhələdə aşkar edilir: “Azərbaycanda bu göstərici 1-ci mərhələdə 15 faiz, ikinci mərhələdə 40 faiz, 3-cü və 4-cü mərhələdə 45 faizdir. Yəni Azərbaycanda qadınların 45 faizi ağırlaşma hallarında həkimə müraciət edirlər. Bu zaman isə müalicə və onların tam sağalması çətindir”.
Ramiz

1093