Gəncə 2503 yaşını bayram edir
28 sentyabr 2009 14:15 (UTC +04:00)

Gəncə 2503 yaşını bayram edir

“Şəhər günü” böyük təntənə ilə keçirilir
Bu gün Gəncənin 2503 yaşı geniş tədbirlərlə qeyd olunur. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, “Şəhər günü”nə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov başda olmaqla, ictimaiyyət nümayəndələri, şəhər əhalisinin, Belarus səfiri Nikolay Patskeviç, eləcə də xaricdən gəlmiş digər qonaqların iştirakı ilə Gəncə Darvazaları önündən start verilib.

Toplar atılıb, mərasim iştirakçılarını Gəncə xanı Cavad xan obrazı salamlayıb. Gəncənin şanlı tarixi canlandırılıb. Əsgərlərin nümunəvi çıxışları sərgilənib. Onların hündür şəhər darvazalarından iplə aşağıya doğru enməsi alqışla qarşılanıb. Hərbi yürüş nümayiş etdirilib.

Daha sonra Heydər Əliyev meydanında parad-şou düzənlənib. Burada əsgərlər, idmançılar, nağıl qəhrəmanları, sirk ustaları, Sankt-Peterburqdan gəlmiş baraban şou qrupu, Belarusdan təşrif buyuran musiqiçilər kollektivi, Masallı və Qusarın rəqs ansamblı üzvləri, Musiqili Komediya Teatrının kollektivi paradda minlərlə insanı salamlayıb.
Çadırlarla, rəngarəng şarlarla bəzənmiş meydanda böyük hava şarı havaya buraxılıb. İdmançıların nümunəvi çıxışları, musiqi və folklor kollektivlərinin, sirk ustalarının çıxışları hər kəsin marağına səbəb olub.
Bayram iştirakçılarına Gəncə mətbəxi də təqdim olunub.
Tədbir saat 19:00-da xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artist Manananın da iştirak edəcəyi möhtəşəm konsert proqramı, atəşfəşanlıqla sona çatacaq.
Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 697

Oxşar yazılar