”Faxralı məscidinin bərpasına mane olanlar Qamsaxurdiyanın tərəfdarlarıdır”
Bolnisi rayonunun Faxralı kəndində baş verən insidentlə əlaqədar APA-nın Gürcüstan bürosunun əməkdaşı həmin kənddə olub.
Məscidin bərpası ilə bağlı insident barədə APA-ya açıqlama verən Faxralı kəndinin icra nümayəndəsi Nəriman Abdiyev əvvəlcə bir neçə keşişin kəndə gələrək məscidə baxış keçirdiyini deyib: “Sonra Gürcüstanın hər yerindən keşişlər tökülüb Faxralıya gəldilər. Keşişlərin tələbi əslində Azərbaycanla bağlıdır. Onlar deyir ki, Balakən və Qax rayonlarında kilsələr tiksək də, Azərbaycanda yaşayan gürcülərin həmin kilsələrdə ibadət etməsinə imkan verilmir.
Bolnisi rayon bələdiyyəsinin Milli Hərəkat fraksiyasının sədri Qara Gülməmmədov isə APA-nın Gürcüstan bürosuna açıqlamasında insidentin milli, dini zəmində qarşıdurmaya keçməməsi üçün əllərindən gələni etdiklərini deyib: “Biz sabitliyi qoruyuruq. Hər dəqiqə nəzarət edirik ki, heç kim emosiyaya uymasın. Müəyyən qüvvələr sabitliyin pozulmasında maraqlıdır. Məscidin bərpasına gəldikdə isə rayon rəhbərliyi buna icazə verib. Rəhbərlik indi də məscidin bərpasını davam etdirməyə kömək etməyə söz verib”. Q. Gülməmmədovun sözlərinə görə, Faxralı meşəsində olan 8 sütunlu alban kilsəsində təmir gedir: “Lakin bu kilsənin hansı adla bərpa olunduğunu bizə demirlər”.
Faxralı kənd mollası Adil Nəbiyev isə bildirib ki, kəndə hücum edən keşişlər tamam fərqli ideologiyanın daşıyıcılarıdır: “Onların siyasi görüşləri tam fərqlidir. Bu keşişlər zviadçılardır, Qamsaxurdiyanın adamlarıdır. Bunu onların üzünə deyəndə, susdular. Onlar din pərdəsi altında azərbaycanlılara qarşı təxribat həyata keçirmək istəyirlər. Tiflisdən gələn David Saakadze adlı bir keşiş jurnalistlərə müsahibəsində deyib ki, azərbaycanlılar bu torpaqda qonaqdır. O bildirib ki, bura islam ölkəsi deyil, Fikrimcə, həqiqi keşiş belə deməz. Hərə öz evini qoruduğu kimi, Allah da öz evini qoruyacaq”.
Kənd sakinləri APA-ya keşişlərin diskussiyadan qaçdıqlarını bildiriblər: “Onlara deyirik ki, sizin din xadimi olduğunuza inanmırıq. Sizin dininiz azad olduğu kimi, bizim dinimiz də azaddır. Buna görə də onların əsl ruhani olduğuna dair bizlərdə şübhələr yaranıb. Keşişlər bizimlə söhbət etmək istəmirlər. Onlara deyirik ki, əgər bura gürcü kəndidirsə, indiyədək siz harada idiniz?
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün Tiflis Cümə məscidinin nümayəndəsi Faxralı kəndinə gələcək. Hazırda Tiflisdə olan Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Məşədi Əli Əliyev ilə Gürcüstan katalikosu patriarx II İlya arasında məscidin bərpası ilə bağlı danışıqlar gedir.
Bu gün Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmiləri də Faxralı kəndində olub, baş verən insidentlə bağlı kənd camaatı ilə söhbət ediblər.

641