ARDNŞ Gürcüstanda məscid tikməyib
Faxralıda inşa olunan məscidin bu şirkət heç bir əlaqəsinin olmadığı bildirilir
Bolnisi rayonunun Faxralı kəndində inşa olunan məscidin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə heç bir əlaqəsi yoxdur. Həmin məscid şirkətin ianələri deyil, kənd camaatının öz vəsaiti hesabına tikilib.
Bu barədə Lent.az-a ARDNŞ-nin mətbuat xidmətindən bildirilib. Şirkətdə deyirlər ki, məscidin guya ARDNŞ-nin Gürcüstan nümayəndəliyi tərəfindən tikilməsinə dair informasiyalar araşdırılıb. Məlum olub ki, Faxralı kəndinin bir neçə sakini ARDNŞ-nin Gürcüstan nümayəndəliyində çalışdığından belə söz-söhbət yaranıb.
Mətbuat xidməti rəsmi olaraq, bəyan edir ki, ARDNŞ Gürcüstanda məscid tikməyib.
Xatırladaq ki, dünən səhər 12 keşiş yenə Faxralı kənd məscidinin bərpasının dayandırılmasını tələb etmək üçün kəndə gəlib. Sakinlərin müraciətindən sonra Bolnisi rayon İcra Hakimiyyətinin başçısı İosif Loliaşvili Faxralıya gələrək 10 keşişi rayon mərkəzinə aparıb. İosif Loliaşvili kənd sakinlərinə bildirib ki, məscidin tikintisinin davam etdirilməsi məsələsi bir həftədən sonra yenidən müzakirə olunacaq. Hazırda keşişlərin və polis əməkdaşlarının məscidin bərpasının davam etdirilməsinə imkan verməmək üçün kənddə qalıblar.
Elxan SALAHOV

Oxşar yazılar

22 aprel - ayın son pul günüdür: Oxuyun və sahib olduğunuz hər şeyi artırın
22 aprel 2025 , 18:39
Qarabağa qayıdan sakinlərə "kupça" niyə verilmir? - CAVAB
22 aprel 2025 , 16:49Meteohəssas insanlar üçün sabahın PROQNOZU
22 aprel 2025 , 15:38
Sahibə Qafarovadan Səyyad Arana İRAD: "Siz nə danışırsınız?"
22 aprel 2025 , 14:10
Tanınmış jurnalist vəfat etdi
22 aprel 2025 , 13:04
Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU
22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO
22 aprel 2025 , 10:53