“Fast food” yeməklərlə bağlı sensasion iddia!
16 sentyabr 2009 16:30 (UTC +04:00)

“Fast food” yeməklərlə bağlı sensasion iddia!

Yeyiləndən sonra 3 gün ərzində aclıq hissi yaradır
“Fast food” (sürətli, ayaqüstü) yeməklər təqdim edən restoran şəbəkələrinin biznesini korlayacaq sensasion iddia ortaya atılıb.

Lent.az-ın verdiyi məlumata görə, Amerikada aparılan araşdırmalar “fast food” yeməklərinin, məsələn, hamburqerin aclıq hissi yaratdığını və bu hissin 3 gün davam etdiyini göstərib. Bu, siçanlar üzərində aparılan araşdırma zamanı təsdiqini tapıb.

Araşdırmalarda iştirak edən doktor Deborah Clegg deyib ki, bu yeməklərdəki yağlar mədəyə getməmişdən əvvəl beyində aclıq və toxluq hissi yaradan nöqtəni neytrallaşdırır. Beləliklə, yeyilən yemək toxluq hissi yaratmır.

Amerikalı araşdırmaçılar cümə günü yeyilən bir hamburqerin bazar ertəsi günü yaranan aclıq hissinin səbəbi ola biləcəyini söyləyiblər.

Deborah Clegg qeyd edib ki, bu yeməklərdəki doymuş yağlar insan vücudunu aldadır və bədən nə zaman doyduğunu anlamaq hissini itirir, ona görə də insanlar bu restoranlar şəbəkələrində həddən çox yemək yeyirlər. Bu da şişmanlıq kimi xəstəliklərə yol açır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524

Oxşar yazılar