Qamət Süleymanov dini icmanın təkrar qeydiyyatına hazırlaşır
“Nərimanov rayon dindarları” hüquqi ünvan olaraq “Əbu-Bəkr” məscidini göstərəcək
“Nərimanov rayon dindarları” dini icması təkrar dövlət qeydiyyatından keçmək üçün sənədlərini hazırlayır. Bu barədə Lent.az-a dini icmanın rəhbəri, “Əbu-Bəkr” məscidinin imamı Qamət Süleymanov məlumat verib. Onun sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə hələ “Dini etiqad azadlığı haqqında” qanuna edilən əlavə və dəyişikliklər qüvvəyə mindikdən dərhal sonra müraciət ediblər: “Lakin Komitədən bizə bildirdilər ki, hələ hazırlaşırıq, ayyarımdan sonra əlaqə saxlayın. Bir də eşitdik ki, qeydiyyatdan keçən dini icmalar var. Ancaq bizim sənədlər demək olar ki, hazırdır, bugünlərdə təkrar qeydiyyatdan keçmək üçün müraciət edəcəyik“.
Q.Süleymanov dini icmanın hüquqi ünvanı olaraq “Əbu-Bəkr” məscidinin ünvanının göstəriləcəyini bildirib: “Biz birinci qeydiyyat zamanı istəyirdik ki, məscidin ünvanını göstərək, ancaq dedilər lazım deyil, mənzil ünvanı göstərin. Biz də həmin vaxt bir mənzilin ünvanını göstərmişdik. İndiki qərara görə hüquqi ünvan elə məscid olmalıdır”
“Dini etiqad azadlığı haqqında” qanuna əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2010-cu il yanvarın 1-dək təkrar qeydiyyata alınmayan dini icmaların ləğv olunması üçün məhkəməyə müraciət edə bilər.
Dini icmalar yalnız qeydiyyatdan keçdiyi hüquqi ünvanda fəaliyyət göstərə bilər. Həmin hüquqi ünvanlar isə məscidlər olmalıdır.
“Dini etiqad azadlığı haqqında” qanuna bu il edilmiş əlavə və dəyişikliyə əsasən, qeydiyyatsız dini icmaların fəaliyyəti qadağan edilir.
Xatırladaq ki, keçən ilin avqustunda “Əbu-Bəkr” məscidində törədilən partlayışdan sonra ibadət ocağının fəaliyyəti məhdudlaşdırılıb.
Pərvin ABBASOV

Oxşar yazılar

22 aprel - ayın son pul günüdür: Oxuyun və sahib olduğunuz hər şeyi artırın
22 aprel 2025 , 18:39
Qarabağa qayıdan sakinlərə "kupça" niyə verilmir? - CAVAB
22 aprel 2025 , 16:49Meteohəssas insanlar üçün sabahın PROQNOZU
22 aprel 2025 , 15:38
Sahibə Qafarovadan Səyyad Arana İRAD: "Siz nə danışırsınız?"
22 aprel 2025 , 14:10
Tanınmış jurnalist vəfat etdi
22 aprel 2025 , 13:04
Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU
22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO
22 aprel 2025 , 10:53