Kompüter istifadəçiləri üçün faydalı məsləhətlər
16 sentyabr 2009 14:30 (UTC +04:00)

Kompüter istifadəçiləri üçün faydalı məsləhətlər

Ekspertlər davamlı olaraq kompüterdə işləyənlərin sağlamlıqlarını qorumaq üçün bəzi qaydalara əməl etmələrinin lazım olduğuna diqqət çəkir.

Lent.az-ın xəbərinə görə, alimlər gün boyunca kompüterdə çalışanlara tez-tez fasilə verməyi, vaxtaşırı olaraq duruş formalarını dəyişdirmələrini məsləhət bilirlər.

Beləliklə, işdə kompüterdə çalışarkən unutmayın:

1. Hər 2 saatda bir monitordan 5 dəqiqəliyə ayrılın. İşdə fasilə yarandıqca yerinizdən qalxıb, yeriyin.

2. Mümkün olduqca düymələrdən az istifadə edin (Qısa yolları istifadə edin).

3. İş yerinizi əlverişli duruşda işləyə biləcəyiniz şəkildə təşkil edin.

4. Vaxtaşırı olaraq duruş formanızı dəyişdirin.

5. Masa seçərkən qol, bel və kürək dəstəyi olmasına; beş təkərli olmasına və asan nizamlana bilməsinə diqqət yetirin.

6. Lazım olduğunda qol, bilək dəstəklərindən istifadə edin.

7. Dəstəklər iti kənarlı və sərt deyil; yumru kənarlı və yumşaq olmalıdır.

8. Hər hansı bir əzələ ya da oynağınız ağrıyarkən bunun iş formanızla əlaqədar olub-olmadığını araşdırın.

9. Oturarkən bel qıvrımının düzləşməməsinə və itməməsinə diqqət yetirin.

10 Boyunuzu düz və ya yüngül önə əyilmiş halda tutun. Boyun və çiyinlər zəif, rahat olmalıdır. Qollar sərbəst şəkildə sallanmalıdır.

11. Oturarkən və ya ayaqüstə balanslı duruş formasını qoruyun.

12. Klaviatura ilə çalışarkən qolların zəminə kobudca paralel olmasını təmin edin.

13. Aşağı, yuxarı və ya sağa sola bükülmüş vəziyyətdə işləyin.

14. Yazmağa ara verdikcə qollarınızı qol dəstəyi üzərində istirahət etdirin.

15. Kürsünüzü yana çevirərkən klaviaturanın yüksəkliyi dirsəyiniz səviyyəsində olmalıdır.

16. Hər iki ayaq yerə və ya ayaq dəstəyinə tam basır olmalıdır.

17. Ağırlığın tamamilə paylanmasını təmin edin, kürsü və kürək dəstəyinə tam olaraq oturun.

18. Yüngül geriyə doğru əyimli və ayaqlar bir-biri ilə paralel olacaq şəkildə oturun.

19. Ayaqlarınız iş masasının altına rahat girə bilməlidir.

20. Monitor, sənəd kimi sıx baxılan obyektlər görüş xəttində və ya daha aşağıda olmalıdır.

21. Ekran və sənədlər gözdən bərabər uzaqlıqda olmalıdır.

22. Hərdənbir üfüqə ya da uzaqdakı obyektlərə baxaraq, gözlərinizə istirahət verin.

23. Rahat görməni təşkil etmək üçün əllərinizi yumruq edərək monitora uzadın, monitor bu uzaqlıqda olmalıdır.

24. İldə bir dəfə gözlərinizi müayinə etdirin.

25. Monitoru bağlayarkən paltarınızın monitora əks olunmasına baxaraq, parıltı olub-olmadığına nəzarət edin. Parıltının qaynağını ortadan qaldırın və ya monitorun yerini dəyişdirin.

26. Ekoloji stress qaynaqlarını (istilik, işıq, səs-küy) azaldın.

Hazırladı: Kimyə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652

Oxşar yazılar