Masallıda Ermənistan istehsalı olan mallar satılır
16 sentyabr 2009 12:30 (UTC +04:00)

Masallıda Ermənistan istehsalı olan mallar satılır

Rayonda erməni dilində markalanmış külli miqdarda çərəz və şirniyyat aşkarlanıb

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 5 saylı Dövlət Nəzarəti İdarəsinin əməkdaşları bu gün Masallı rayonunda fiziki şəxs Adəm Yaqubova məxsus topdansatış ticarət anbarında erməni dilində markalanmış külli miqdarda çərəz və şirniyyat məmulatı aşkarlayıblar.

Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fiziki şəxs bu məhsulların İrandan gətirildiyini iddia edir.

Məhsulların üzərində “Sevan” firmasına məxsus olduğu qeyd olunub. Hazırda faktla bağlı qanunvericiliyə uyğun araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar