“İnsan alveri qurbanlara verilən müavinətlər artırılacaq”
2009-cu il ərzində Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən 61 cinayət faktı və 71 insan alveri qurbanı müəyyən edilib.
APA-nın məlumatına görə, bu barədə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev bildirib. Onun sözlərinə görə, 2005-ci ildən 2009-cu ilin bu gününə qədər Cinayət Məcəlləsinin 144-1 maddəsi (insan alveri) ilə 239 fakt üzrə 268 şəxs cinayət məsuliyyətinə cəlb edilib, 337 qurban müəyyənləşdirilib, 98 cinayətkar qrup, 2 mütəşəkkil dəstə ifşa edilib.
C.Şıxəliyevin sözlərinə görə, insan alverinə qarşı milli fəaliyyət planının ikinci fazasının icrası başlayandan sonra Azərbaycan Nazirlər Kabineti tərəfindən insan alveri qurbanları ilə bağlı “Milli istiqamətləndirmə mexanizmi” və “İnsan alveri qurbanlarının müəyyən edilməsi qaydaları” təsdiq edilib. C.Şıxəliyev bildirib ki, hazırda qurbanlara verilən müavinətlərin artırılması ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edilib: “Yaxın vaxtlarda qurbanlara verilən müavinətlər mərhələlərlə artırılacaq”.

Oxşar yazılar

22 aprel - ayın son pul günüdür: Oxuyun və sahib olduğunuz hər şeyi artırın
22 aprel 2025 , 18:39
Qarabağa qayıdan sakinlərə "kupça" niyə verilmir? - CAVAB
22 aprel 2025 , 16:49Meteohəssas insanlar üçün sabahın PROQNOZU
22 aprel 2025 , 15:38
Sahibə Qafarovadan Səyyad Arana İRAD: "Siz nə danışırsınız?"
22 aprel 2025 , 14:10
Tanınmış jurnalist vəfat etdi
22 aprel 2025 , 13:04
Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU
22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO
22 aprel 2025 , 10:53