“Bilik günü” tıxac və basabas yaratdı
Bu gün paytaxt Bakı şəhərində uzun avtomobil tıxacları yaranıb. Lent.az-ın xəbərinə görə, buna səbəb yeni tədris ilinin başlanmasıdır. Onminlərlə tələbə və şagird, onların bir qisminin valideynləri, həmçinin ali, orta ixtisas və orta məktəb müəllimlərinin eyni saatda evindən çıxıb şəhərə üz tutması nəqliyyatda ciddi gərginlik yaradıb. Marşrut avtobuslar isə bu qədər sərnişini eyni vaxtda daşımağa hazır olmadığından insanların bir qismi uzun müddət dayanacaqlarda gözləməli olub. Hazırda avtobus dayanacaqlarında yüzlərlə insan hələ də marşrut gözləyir.
Bakı Metropolitenində hərəkət intervalı azaldılmasına baxmayaraq, sərnişinlər nəqliyyatın bu növündən istifadə edərkən də çətinliklə üzləşiblər. Marşrut avtobuslarla müqayisədə metroda vəziyyət nisbətən yaxşı olmasına baxmayaraq, “yerin altında” da basabas yaranıb.
Bu gün həm də metropolitenin “İçrəişəhər” stansiyası eskalatorların yenilənməsindən sonra son bir ildə ikinci dəfə istifadəyə verilib.
Yeri gəlmişkən, bu gün paytaxt polisi yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib.
Pərvin ABBASOV

Oxşar yazılar

22 aprel - ayın son pul günüdür: Oxuyun və sahib olduğunuz hər şeyi artırın
22 aprel 2025 , 18:39
Qarabağa qayıdan sakinlərə "kupça" niyə verilmir? - CAVAB
22 aprel 2025 , 16:49Meteohəssas insanlar üçün sabahın PROQNOZU
22 aprel 2025 , 15:38
Sahibə Qafarovadan Səyyad Arana İRAD: "Siz nə danışırsınız?"
22 aprel 2025 , 14:10
Tanınmış jurnalist vəfat etdi
22 aprel 2025 , 13:04
Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU
22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO
22 aprel 2025 , 10:53