Elitar Gimnaziya təmirdən sonra istifadəyə verildi
15 sentyabr 2009 12:00 (UTC +04:00)

Elitar Gimnaziya təmirdən sonra istifadəyə verildi

Açılış mərasimində dövlət başçısı da iştirak edib

Yeni dərs ilinin başlanması ilə əlaqədar prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Nəsimi rayonundakı 41 saylı Elitar Gimnaziyada olub. Dövlət başçısı əsaslı təmirdən sonra istifadəyə verilmiş təhsil müəssisəsinin rəmzi qırmızı lentini kəsdikdən sonra məktəb kollektivi ilə görüşüb.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, prezident sinif otaqlarına, fənn kabinetlərinə, müəllimlər otağına, idman salonlarına baxış keçirib. Həmçinin gimnaziyanın kitabxanasında dərs vəsaitləri ilə maraqlanıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1801

Oxşar yazılar