Sabah Azərbaycanda “Bilik günü”dür
Bu il birinci sinfə gedəcək şagirdlərin sayı ötən illə müqayisədə 6 min nəfər artıb
Sabah Azərbaycanın bütün təhsil müəssisələrində yeni dərs ili başlayır. Bu gün dərs ilinə hazırlıqlarla bağlı tədbirlər başa çatır. Sabahdan isə bütün təhsil müəssisələri şagirdləri, müəllimləri, tələbələri yenidən qəbul edəcək.
Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, bu il 2009-2010-cu tədris ilində ölkənin 4569 orta ümumtəhsil məktəbində 1 milyon 427 min 910 şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 170 min müəllim məşğul olacaq. Yeni dərs ilində I sinif şagirdlərinin sayının 125 min 114 nəfər olacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2008-2009-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 119 min 600 şagird qəbul olunub.
Yeni dərs ilində 37 dövlət ali təhsil müəssisində 110 min 670, 16 özəl ali məktəbdə isə 19 min 690 tələbə təhsil alacaq. Nazirlikdə bildirirlər ki, dövlət ali təhsil ocaqlarında 12 450, qeyri-dövlət ali məktəblərində isə 1 960 müəllim çalışır.
Elxan SALAHOV

721