Azərbaycanda dəbdən düşən peşələr
Hüquq, beynəlxalq iqtisadi münasibətlər, gömrük işi ixtisasları ən nüfuzlu, metallurgiya, cihazqayırma kimi peşələr isə dəbdən düşmüş sayılır
Ali və orta ixtisas məktəblərinə tələbə qəbulu prosesi artıq başa çatdı. Bununla belə, hər il olduğu kimi, bu dəfə də ikinci turdan sonra yerlərin hamısı dolmadı.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi test imtahanlarının nəticələrinə əsasən, bu il abituriyentlərin böyük əksəriyyəti humanitar sahəyə daha çox maraq göstərib. Bu sahəyə sənəd verənlərin əksəriyyəti isə hüquq, beynəlxalq əlaqələr, beynəlxalq iqtisadi münasibətlər, gömrük işi, jurnalistika, tibb ixtisaslara yiyələnmək istəyir.
TQDK-da bildirirlər ki, Azərbaycanda məhz bu ixtisaslara maraq daha yüksəkdir. Bu, o deməkdir ki, hüquq, beynəlxalq əlaqələr, beynəlxalq iqtisadi münasibətlər, gömrük işi, jurnalistika, tibb ixtisasları Azərbaycanda ən nüfuzlu peşə sayılır.
Fundamental təhsil ixtisaslarına isə maraq əksinə, bu il də aşağı olub. Belə ki, bu il də boş qalan yerlərin mütləq əksəriyyəti fundamental təhsilə aid ixtisasların payına düşür. TQDK-nın açıqladığı siyahıya əsasən, bu il boş qalan yerlər daha çox I ixtisas qrupuna aid olan fundamental təhsil ixtisaslarında qeydə alınıb. Bunların arasında “Faydalı qazıntı yataqlarının axtarışı və geoloji plana alınması”, “Tətbiqi geokimya, petrologiya, minerologiya”, “Tətbiqi fizika”, “Geofizika”, “Hidrogeologiya və mühəndis geologiyası” ixtisasları da var.
Bundan başqa, birinci ixtisas qrupu üzrə Azərbaycan Dövlət Neft Akademiyasının “İstilik energetikası, maşın və qurğuları”, “Yüksək gərginliklər texnikası, fizikası və elektrotexnologiyası”, Memarlıq və İnşaat Universitetinin “Dəniz neft-qaz hidrotexniki qurğularının tikintisi”, “Mühəndis sistemlərinin və qurğularının tikintisi”, Azərbaycan Dövlət İqtisad Universitetinin “Çoxişlənən malların texnologiyası”, “Standartlaşdırma və sertifikasiya”, Azərbaycan Texniki Universitetinin “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə”, “Metallurgiya” və “Cihazqayırma” ixtisaslarına da maraq azdır.
Elxan SALAHOV

1056