Cəlilabadda FACİƏ:  8 yaşlı uşaq hasarın altında can verdi
21 aprel 2025 22:15 (UTC +04:00)

Cəlilabadda FACİƏ: 8 yaşlı uşaq hasarın altında can verdi

Cəlilabad rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Alar kəndində baş verib. Kənd sakini, 8 yaşlı N.M həyətdə olarkən üzərinə daş hasar aşıb və uşaq dağıntıların altında qalıb.

Ağır xəsarətlər alan azyaşlı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Yaxınlarının bildirdiyinə görə, sözügedən hasar uzun müddətdir qəzalı vəziyyətdə idi və yaxın günlərdə təmir olunacağı planlaşdırılırdı.

Məlumata əsasən, hadisə baş verən zaman uşağın atası da həyətdə olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568

Oxşar yazılar