Dəvəquşu fermasının sahibi, 70 yaşlı Armenak A. intihara cəhd edib.
Lent.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, aprelin 21-də saat 07:40 radələrində Ararat rayonundakı fermada atışma olması barədə zəng daxil olub. Az sonra tibb məntəqəsinə çənəsindən güllə yarası alan bir nəfərin gətirildiyi barədə məlumat daxil olub.
Zərərçəkənin vəziyyəti son dərəcə ağırdır.
İlkin məlumatlara görə, Armenak A. özünü “Baykal” ov silahı ilə vurub. Faktla bağlı cinayət işi başlanıb.
Bu, fermada baş verən ilk hadisə deyil. 2019-cu ildə vəhşi itlərin hücumu nəticəsində dəvəquşuların tələf olması səbəbindən təsərrüfat 4 milyon dram zərər çəkib.