“Binə Ticarət Mərkəzi”nin fəaliyyətə başlaması Qaradağda torpaqları bahalaşdırıb
Avropa otelinin yaxınlığında isə bir sotun qiyməti 220 min dollardı
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi torpaq bazarında apardığı növbəti monitorinqlərin qiymətini açıqlayıb. Lent.az-ın qurumun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iyul ayında bazara təklif olunan ümumi 815,1 ha torpaq sahəsinin 76,6%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib.
Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası iyun ayında bir qədər də güclənib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib.
Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 2,1% artaraq 234 günə çatıb. Yaranmış vəziyyət əsasən bazarda tələb və təklifin strukturunun tərs mütənasib dəyişməsi və son aylar iqtisadi böhranın ölkənin torpaq bazarına mənfi təsiri nəticəsində meydana çıxıb. Bu tendensiya mövsümlə əlaqədar bir qədər də dərinləşib.
Ötən aylarda olduğu kimi, iyul ayında da Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə olunub. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 4,1% azalaraq 19587 $/sot səviyyəsindən 18791 $/sot səviyyəsinə enib.
Ay ərzində şəhər ətrafı və şəhərdən kənar rayonlarda torpaq üzərində aparılan əməliyyatlar şəhərin mərkəzinə nisbətən çox olsa da, qiymət azalması da əvvəlki aylarda olduğu kimi daha çox III və IV zonalarda qeydə alınıb.
Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması I və II zonalarda tələbin aşağı düşməsi ilə paralel qiymətlərin də azalmasına səbəb olub. Amma III və IV zonalarda təklifin çox olması, tikintinin tempinin aşağı enməsi nəticəsində torpağa olan tələbin sürətlə azalması bu zonlar üzrə qiymətlərin daha çox enməsinə təkan verib. Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də bazarın bu seqmentində ekspozisiya müddətinin artmasına və likvidlik dərəcəsinin düşməsinə təsir göstərib. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini artırıb.
Ən çox qiymət azalması ötən ay olduğu kimi Suraxanı (-9,4%) rayonunda qeydə alınıb. Ötən ay olduğu kimi, iyul ayında da Qaradağ rayonunda torpağın qiymətində artım (2,5%) davam etmişdir. İyulda Qaradağla yanaşı, Əzizbəyov rayonunda da nisbi qiymət artımı (0,1%) qeydə alınıb. Araşdırmalar göstərir ki, Qaradağ rayonunda “Binə Ticarət Mərkəzi”nin fəaliyyətə başlaması bu rayonda əmlakın qiymətinə təsirsiz ötüşməyib.
Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Nərimanov rayonları başçılıq edirlər. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur.
Ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsi Nəsimi (Avropa otelinin yaxınlığı) rayonunda (220000 min $/sot), ən ucuz torpaq sahəsi isə Sabunçu (Ləiş qəsəbəsi) rayonunda (350 $/sot) qeydə alınıb.
Pərvin ABBASOV

1107