Orucu pozan və pozmayan hallar
Avqustun 22-də Ramazan ayı başlayır. Bəs bu müqəddəs ayda oruc tutarkən hansı şərtlərə əməl etmək lazımdır?
Lent.az Türkiyə mətbuatına istinadən Türkiyə Dini İşlər Yüksək Qurumunun bununla bağlı İslam dininə əsaslanaraq hazırladığı tövsiyyələrini yayıb.
Ağıllı, yetkinlik yaşına çatmış, oruc tutmasına əngəl olmayan hər bir müsəlman oruc tutmalıdır.
Səfərə çıxmaq, xəstəlik, hamiləlik, südlə uşaq bəsləmə və ağır işlərdə çalışma durumlarında İslam dini müsəlmanlar üçün bir sıra güzəştləri məqbul sayır.
Səfər zamanı tutulmayan oruc sonradan tutulmalıdır. Əgər insan gecə oruc tutmağı niyyət edibsə, ancaq səhər yola çıxmaq məcburiyyətində qalıbsa, orucunu poza bilər. Ancaq yaxşı oları ki, niyyət edibsə, oruc tutsun. Ümumiyyətlə, səfər zamanı əziyyətlə üzləşməyənlərin oruc tutması gərəkli sayılır.
Əgər insan xəstələnibsə, Ramazan ayından sonra yaxşılaşarsa, orucunu həmin vaxt tuta bilər.
Qurban bayramının 4-cü günündə, cümə günləri oruc tutmaq daha savab sayılır.
İlin müəyyən günlərində oruc tutmağa vərdiş etmiş insanlar Ramazan ayının eyni günlərində də belə oruc tutarlarsa, burada mənfi heç bir şey yoxdur.
Oruc tutduğu halda sağlamlığına zərər gəlməsindən qorxan insanlar oruc tutmaya bilərlər. Ancaq özlərini yaxşı hiss etdikləri vaxtlarda qəza orucu ilə bunu əvəz etməlidirlər.
Ağır işlərdə çalışanlar oruc tutan zaman həyatlarını riskə ata bilərlər. Ona görə də belə şəxslər Ramazan ayında tutmadıqları orucu başqa vaxt tuta bilərlər.
Oruc tuta bilməyən yaşlılar bunun yerinə hər gün fidyə verməlidirlər. Yaxşılaşmağa ümidi olmayan xəstələr üçün də fidyə keçərlidir.
Su udulmadığı halda ağız və burunu su ilə yumaq orucu pozmaq sayılmır.
Ramazan orucunun qeyri-ixtiyari pozulması durumunda qəza orucunun tutulması lazımdır.
Dişi fırçalamaqla oruc pozulmaz, ancaq diş pastasının və ya suyun udulması halında oruc pozulur. Ona görə də dişlər imsakdan öncə və iftardan sonra fırçalanmalıdır.
İnsanın iradəsindən kənar qusması zamanı oruc pozulmuş sayılmır. Ancaq müsəlmanın öz istəyi və müdaxiləsiylə qusması halında oruc pozulmuş sayılır.
Astma xəstələrinin, o cümlədən göz və burunla bağlı problemi olanların damcı dərmanlarından istifadə etmələri, ürəyi xəstə olanların dillərinin altına dərman qoymaları orucu pozmur.
Rentgen müayinəsindən keçmək isə orucu pozan hal sayılır. Lakin rentgen müayinəsindən keçən zaman mədə sistemində su, yağ və başqa qidalar yoxdursa, bu halda da oruc pozulmuş sayılmır.
Bədənin narkozla bütünlüklə keyləşdirilməsi orucu pozur.
Əgər qulaq yuyulan zaman su mədəyə daxil olarsa, bu halda oruc pozulur. Ancaq qulağa damcıladılan dərman orucu pozmur.
Əgər xaricdən bağarsağa su vurularsa, suyun bir müddət bağırsaqda qalması durumunda oruc pozulmuş hesab olunur. Lakin bağırsaşdakı su tez xaric edilərsə, bu halda oruc pozulmur.
Əgər xəstəyə serum, ya da qan vurularsa, bu halda da oruc pozulmuş hesab edilir.
Xəstə tərkibində qida olmayan hemodializ prosesindən keçirsə, onun orrucu pozulmur. Əks halda, oruc pozulmuş sayılır.
Qan verərkən, ələ yapışqanlı məlhəm və ya dərmanlı tənzif sarınarsa, oruc pozulmur.
Kiminsə morfiylə, yaxud morfisizlə ağrıyan dişini çəkdirməsi halında oruc pozulmuş hesab edilmir. Ancaq dişini mülaicə etdirən şəxs müalicə prosesində həkimin istifadə etdiyi maddələri, yaxud ağızındakı qanı udarsa, oruc pozulur.
Susuz olsa bel, hər hansı dərmanın udulması da orucu pozur.
Oruc tutduqları zaman xəstələnən qadınların orucu pozmuş sayılmır.

7481