KİV-in yay həyatı
Yay mövsümündə kütləvi informasiya vasitələri mövzu qıtlğı hiss edirlərmi? Hansı mövzuları işləyir, hansı agentliklərin materiallarından yararlanırlar?
Lent.az bununla bağlı sorğu aparıb.
“Yeni Müsavat ” qəzetinin baş redaktor Rauf Arifoğlu dedi ki, fəsilə görə deyil, ictimai-siyasi qəzet kimi ölkədəki durğun siyasi mühitə görə informasiya baxımından müəyyən qıtlıq hiss edirlər. Amma peşərlıq və təcrübə sayəsində redaktorların və kollektivin vasitəsiylə bunun yerini doldurmağa çalışırlar.
“Yeni Müsavat ” əsasən “APA”, “Turan”, “Trend” agentliyi ilə işləyir, eyni zamanda yeni yaradılan agentlik və saytlardan da məlumat götürülür.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qəzetin bəzən informasiya qıtlığına görə 12 səhifə çıxdığını söylədi. Onun sözlərinə görə, yay fəslində hadisələrin bolluğu nəzərə çarpmır. Həm də “Şərq” əyalətlərdə satılsa da, əsas oxucu kütləsi Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərdədir ki, şəhərlərdəki oxucuların əksəriyyəti istirahətdədir: “Oxucu problemi də olduğu üçün qəzetlərdə informasiya axınında müəyyən boşluqlar var. Agentliklərin məlumatlarının statistikasına baxsaq, informasiyaların sayı azalıb”.
Akif Aşırlı qəzetdə çalışan jurnalistlərin də növbəli prinsip üzrə müəyyən müddətə məzuniyyətə çıxdıqlarını, özünün də hazırda doğma kəndində istirahət etdiyini nəzərə çatdırdı.
Baş redaktor qəzetin bu yay mövsümü əsas donuz qripi məsələsinə diqqət yönəltdiyini dilə gətirdi. “Şərq” yazarlarından biri isə mütəmadi bu mövzunu işləyib. Digər tərəfdən, qəzetdə istirahət məkanları, qəbul imtahanı prosesləri, yolxucu xəstəliklərlə bağlı mövzuların işlənilməsinə üstünlük verilib: “Müsahibə götürmək çox çətindir. Çünki hansı siyasətçiyə, ekspertə jurnalistlərimiz telefon açırlarsa, onların çoxunun telefonu qapalı olur, istirahətdədirlər. O baxımdan yaradıcılıqda çətinliklərimiz var”.
“Şərq”in işlədiyi agentliklər içərisində “APA” əsas yer tutur. Sonrakı yerlərdə “Olaylar” və “Trend” agentlikləri gəlir.
Hazırda istirahətdə olan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qeyd etdi, son illər yay mövsümündə jurnalistlərin məzuniyyətə göndərilməsinə üstünlük verilib. Bu, mövzu qıtlığı, yay aylarında ictimai-siyasi həyatda sakitliklə əlaqədardır. Yay mövsmündə qəzetin səhifələri də azaldılır: “Amma bəzi redaksiyalarda olduğu kimi kollektiv tam istirahətə göndərilməsi ənənəsi bizdə yoxdur. Fikirləşirik ki, bir müddət qəzeti dayandırsaq, gələcəkdə iş fəaliyyətini bərpa etməkdə çətinliklə üzləşərik. Amma fikrimcə, nə qədər az olsa da, avqustda da ölkə həyatında qaynarlıq var. Yəni tam sükunət olduğunu demək olmaz. Sentyabr ayından əvvəlki ritmlə işləməyə başlayacağıq”.
Rəşad Məcid qəzetin yay aylarında istirahətin qurulması, istirahət güşələrimizdə vəziyyət, bu sahədə problemlər, azərbaycanlıların harada daha çox istirahət etmələri, o cümlədən ictimai-siyasi həyatda baş verən hadisələri işıqlandırdığını söylədi.
“525-ci qəzet” “APA”, “Turan”, “Trend”, “Olaylar” agentlikləri ilə işləyir. Qəzet əsasən “APA”-nın məlumatlarından istifadə edir.
“Bizim yol” qəzeti də mövzu qıtlığını hiss edir. Qəzetin baş redaktoru Bahəddin Həziyev dedi ki, müsahiblərin bir çoxu da yay aylarında Bakıda olumurlar.
“Bizim yol” yay ayldarında daha çox sosial mövzularda reportaj, xəbər, müsahibəyə üstünlük verir. Bahəddin Həziyev bunu yayda siyasi aləmdə sakitlik olması ilə əlaqələndirir.
“Bizim yol” da əsasən “APA” və “Turan” agentliklərindən məlumat alır.
“Mərkəz” qəzetinin baş redaktoruün birinci müavini Nicat Sadıxlı bildirdi ki, yay aylarında dövlət qurumlarının və digər təşkilatların işçiləri məzuniyyətə gedir, qəzetin məlumat mənbələri azalır. Ekspertlərin də çoxu istirahətə gedir. Ona görə də “Mərkəz” yay aylarında mövzu qıtlığı çəkir. Bunula belə, qəzet yay aylarında nə səhifələrini, nə də dövriliyini azaldıb.
“Mərkəz” yayda mövzu qıtlığını aradan qaldırmaq üçün müxtəlif hadisələrlə və sahələrlə bağlı reportajlara üstünlük verir. Nicat Sadıxlının sözlərinə görə, əgər başqa vaxtlar qəzetdə reportajlar ümumi materialların 20 faizini təşkil edirsə, yayda bu göstərici 40-50 faiz təşkil edir.
“Mərkəz” əsasən “APA” informasiya agentliyinin materiallarından yararlanır.
Mövzu qıtlığından şikayətlənməyənlər də var.
“Azadlıq” qəzetinin direktoru Azər Əhmədov mövzu qıtlığından əziyyət çəkmədilrini dilə gətirdi. Onun sözlərinə görə, dövlət qurumlarındakı qarşıdurmalar, rüşvətxorluq, müəmmalı qətllər mövzu qıtlığının yaranmasına imkan vermir.
Azər Əhmədov qəzetdə əsasən siyasi mövzuların işlənilməsinə üstünlük verdiklərini vurğuladı. Vaxtaşırı sosial mövzular da qabardılır.
“Azadlıq” qəzeti əsasən “Turan”, “APA”, “Olaylar” agentliklərinin məlumatlarından, “Azadlıq” radiosunun və “ANSPRESS”in saytındakı informasiyalardan istifadə edir.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev yay aylarında mövzu qıtlığından əziyyət çəkmədiklərini bildirdi. O hesab edir ki, ölkədə prosesləri sistemli və ardıcıl şəkildə izləyən redaktorlar üçün mövzu qıtlığı olmur:
“Bakı-Xəbər” həmişə olduğu kimi yay aylarında oxucuların gündəlik həyatı ilə bağlı olan mövzuların işlənilməsinə üstünlük verir.
“Bakı-Xəbər” “APA”, “Olaylar”, “Turan” , “Trend” və “Səs” informasiya agentlikləri ilə işləyir.
“ANSPRESS” də böyük mənada qıtlıq hiss etmir. “ANSPRESS”in redaktoru Kəmalə İsgəndərova yay mövsümünün hadisələrlə zəngin olmadığını, tədirlərin azaldığını, amma dünyada, bölgədə proseslər baş verdiyini, sosial problemləri də həmişə tapmağın, araşdırmağın mümkün olduğunu söylədi.
“ANSPRESS” yay aylarında dünyada və regionda gedən prosesləri izləməyə və bununla bağlı informasiyalar verməyə, sosial araşdırmalar aparmağa çalışır. Politoloqların mövqeyi öyrənilir, jurnalistlərin şərhləri də “ANSPRESS”də yer alır.
“ANSPRESS” Türkiyənin “İhlas” informasyia agentliyinin və “Turan” agertliyinin abunəçisidir. “ANSPRESS”də “Lent.az” da izlənir və bəzən onun məlumatları istinadla verilir. “APA” agentliyinin də maraqlı məlumatlarından istifadə olunur.
“Ekspress” qəzeti isə yay aylarında o qədər də mövzu qıtlığı çəkmir. Qəzetin redaktoru Qalib İbrahimoğlu bildirdi ki, qıtlıq əsasən siyasi mövzularla bağlıdır. “Ekspress” yayda əsasən bağlar, kurort yepləri və çimərliklər bağlı mövzulara üstünlük verir.
“Ekspress” “APA” və “Turan” agentliyinin materiallarından yararlanır.
Ramiz

987