“Azərbaycanda terror baş verəcək, müəmmalı ölüm olacaq“ - MÜSAHİBƏ
Tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayevin vesti.az saytına müsahibəsi
- Azərbaycanda sonuncu dəfə nə vaxt olmusunuz və növbəti dəfə nə vaxt gələcəksiniz?
- Təxminən iki həftə əvvəl mən hazırda hamilə olan həyat yodaşıma baş çəkmək üçün Bakıya gəlmişdim. Mən həyat yoldaşıma görə narahatam və çalışıram ki, tez-tez gəlim. İş həm də ondadır ki, həyat yoldaşım Moskvada olarkən mən ailəmizə çox vaxt ayıra bilmirdim. Mən evə gec gəldiyim üçün həyat yoldaşım tez-tez məndən inciyirdi. O, hamilə vəziyyətdə evdə olduğu üçün mən də nigaran qalırdım. Ona görə də qərara gəldim ki, onu anamın yanına, Bakıya göndərim. Belədə mən də nigaran qalmıram.
Uşaq anadan olandan sonra onları özümlə Moskvaya gətirəcəm. Yaxın vaxtlarda Bakıya gəlməyi planlaşdırmıram, çünki aspiranturaya qəbula hazırlaşıram.
- Hara qəbul olmağı planlaşdırırsınız?
- Rusiya Federasiyasının Federal Həkim-Ekspert Bürosunun aspiranturasına qəbul olmağa hazırlaşıram. Təhsilimi başa vurduqdan sonra geri qayıdacam, Bakıda həkim işləyəcəm. Həkimlik həmişə mənim arzum olub.
- Yeri gəlmişkən, siz Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmək istəyirsiniz. Bu istiqamətdə işlər necədir?
- Tezliklə Rusiya Federasiyasının vətəndaşlığını qəbul edəcəm. Ancaq mən Azərbaycan Respublikasının vətəndaşlığını saxlamaq istəyirəm. İş ondadır ki, əgər mən Rusiya vətəndaşı olsam, Azərbaycanda işləmək üçün hər dəfə müvəqqəti razılıq almaq lazım gələcək. Rusiya Federasiyasının vətəndaşlığını aldığıma görə Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilmək mənim üçün ağrılı olar.
- Necə hesab edirsiniz, siz “Ekstrasenslərin döyüşü” verilişindən sonra populyarlaşdınız, yoxsa ona qədər də sizi tanıyırdılar?
- Əlbəttə, bu verlişdən sonra mən daha məşhur oldum. Ancaq 1997-ci ildən artıq məni Azərbaycanda tanıyırdılar. Mənə sual vermişdilər ki, “Ekstrasenslərin döyüşü” verilişi sənə nə verdi? Cavab verdim ki, mən Azərbaycanda anadan olmuşam və Azərbaycan mənə hər şey verib. Veriliş isə mənə populyarlıqdan başqa heç nə qazandırmayıb. Həmin şəxs məndən onu da soruşmuşdu ki, cinayət hadisələrinin açılmasına nail olmaq üçün hüquq-mühafizə orqanlarından mənə dəvət gəlibmi? Demişdim ki, bunun əleyhinə deyiləm, hətta məni dəvət etməsələr belə, evdə oturduğum halda hər şeyi görürəm.
- Niyə siz Azərbaycandan getmək, Rusiyada öz fəaliyyətinizlə məşğul olmaq qərarına gəldiniz?
- Mən Azərbaycanda hərbi şəhərcikdə yerləşən, qəza vəziyyətində olan binada yaşayırdım. Həyat şəraitim çox pis idi. Həm də vətənimdə məni hüquq-mühafizə orqanları tez-tez narahat edirdilər. Onlar mənimlə öcəşmək üçün bəhanə axtarırdılar. Buna baxmayaraq, mən işləyir və insanlara kömək edirdim. Qeyd edim ki, mən qanuni əsasda işləyirdim. Tezliklə bu, mənə cana gətirdi və Moskvaya getmək qərarına gəldim.
- Bəs Moskvada sizi narahat etmirlər ki?
- Yox. Mən burada sakit və problemsiz işləyirəm. Demək olar ki, Rusiya Daxili İşlər Nazirliyinin bütün nümayəndələri kömək üçün mənə müraciət edirlər. Mən Azərbaycandan da yüksək rütbəli məmurları qəbul edirəm. İmkanım daxilində hamıya kömək etməyə çalışıram. Mən insanlara müəyyən qədər kömək etməyi bacardığım üçün xoşbəxtəm.
- Təcrübənizdə səhv ediyiniz hallar olub?
- Bir atalar məsəlində olduğu kimi, “hər gözəlin bir eybi var”. Allah öz varlığını təsdiqləmək üçün bu dünyada bütün canlıları müəyyən çatışmazlıqlarla yaradıb. Ona görə də mən bir mütəxəssis kimi deyə bilərəm ki, hamı səhv edə bilər. Hətta Nostradamus və Vanqa da öz öngörmələrində səhvlərə yol verib.
- Bizə məlumdur ki, sizin qəbulunuza düşmək çox çətindir, çünki bu arzuda olanlar çoxdur. Elə hal olubmu ki, kimisə növbəsiz qəbul edibsiniz?
- Ofisdə mənim üçün belə növbə yoxdur. Ancaq dostlarıma və tanışlarıma kömək edirəm. Ancaq işdən sonra, yorğun halda artıq kiməsə kömək edə biləcək vəziyyətdə olmuram. Axı mən də insanam, mən də yoruluram.
- Maraqlıdır, 2010-cu ildə keçiriləcək “Eurovision” yarışmasında Azərbaycan təmsilçiləri birinci yeri tuta biləcəkmi?
- Təəssüf ki, 2010-cu ildə keçiriləcək “Evrovizion” yarışmasında Azərbaycan Aysel və Araşın bu il tutduğu yerdən daha aşağı yer tutacaq. Hətta ilk onluğa düşsək də, daha yuxarı qalxa bilməyəcəyik.
- Azərbaycanda hələ bu yarışmaya kimin gedəcəyi müəyyənləşməyib. Siz bizə bu barədə indi deyə bilərsiniz?
- Mən bu suala iki gün sonra cavab verə bilərəm. Mənimlə əlaqə saxlayın.
- Təcrübənizdə yadda qalan bir hadisəni danışa bilərsiniz?
- Şəmkirdə işlədiyim zaman mənim yanıma çox pis vəziyyətdə olan qız gətirdilər. Yadımdadır, həmin vaxt o, ümidsiz idi, mən onu xilas etmək üçün bütün gücümü qoydum. Nəticədə mən bu ümidsiz vəziyyətdə olan qızı sağaltdım, sonra onunla evləndim.
- Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciədən məlumatlısınız. Bu barədə ətraflı danışa bilərsiniz?
- Mən 2013-cü ildə Azərbaycanda oxşar situasiyanın təkrarlanacağını gözləyirəm. Terror aktı baş verəcək və müəmmalı ölüm olacaq.
- Bütün Azərbaycan vətəndaşları üçün ağrılı olan bir sual da vermək istəyirəm. Qarabağ problemi ilə bağlı proqnozunuz necədir?
- Hər dəfə mənə bu sual veriləndə ürəyim ağrıyır. Mən yaxın zamanlarda bu problemin həll ediləcəyini gözləmirəm. Bizə hələ uzun müddət gözləmək lazım gələcək. Ancaq mən ümidvaram və inanıram ki, torpaqlarımız qayıdacaq.
- Çoxları sizinlə əlaqə saxlamaq istəyir və yəqin ki, müsahibədən sonra sizi axtaracaqlar. Sizi necə tapmaq olar?
- Mənim şəxsi saytım var. Birinci sinif uşaqlarında da mənim koordinatlarım var. Arzulayanlar mənə müraciət edə bilərlər.

1287