ARDNŞ-dən gənclər üçün daha bir şans
03 avqust 2009 18:00 (UTC +04:00)

ARDNŞ-dən gənclər üçün daha bir şans

Şirkət 2010-2011-ci illərdə xaricdə magistr təhsili almaq istəyənlər üçün sənəd qəbuluna başlayıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Təqaüd Proqramı üzrə 2010-2011-ci tədris ilində xaricdə magistr təhsili almaq istəyənlər üçün sənəd qəbulu elan edib. Qaydalara əsasən, proqramda yaşı 30-dan yuxarı olmayan Azərbaycan vətəndaşları iştirak edə bilər.

ARDNŞ-dən Lent.az-a bildiriblər ki, iddiaçılar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi test imtahanından mühəndis ixtisasları üzrə ən azı 100, digər ixtisaslar (iqtisadçı, maliyyəçi, hüquqşünas və digər sahələr) üzrə isə ən azı 110 bal toplamalıdır. Namizədlər həmçinin xarici dil imtahanlarının (İBT TOEFL üzrə minimal bal 70, İELTS üzrə minimum 6 bal və ya DSH-2) verilməsi barədə sertifikatlar təqdim etməlidirlər.

İddiaçı ərizə-anket formasını http://www.socar.az/tehsil.html internet səhifəsindən yükləməli, doldurulmuş ərizə-anket və tələb olunan sənədlərin surəti ARDNŞ-nin qəbul otağına təqdim edilməli və ya elektron poçtla [email protected] ünvanına, yaxud aşağıdakı ünvana poçt vasitəsi ilə göndərilməlidir. Sənədlərin təqdim edilməsi sentyabrın 30-da başa çatır. İddiaçılar tərəfindən təqdim olunan sənədlər nəzərdən keçirildikdən sonra seçilmiş namizədlər yekun seçim üçün oktyabr-noyabr aylarında ARDNŞ-ə müsahibəyə dəvət ediləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1073

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04