Saxlanma müddəti ötmüş 150 kq ərzaq aşkarlanıb
Bu mallar “Rəfi market”də, “Corner market”də, “Bizim market”də, “Fərid market”də və Adil Ağaverdiyevə məxsus ərzaq malları mağazasında olub
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin iyul 27-də keçirdiyi növbəti monitorinqlər zamanı Bakının Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində yerləşən “Rəfi market”də, “Corner market”də, “Bizim market”də, “Fərid market”də və Adil Ağaverdiyevə məxsus ərzaq malları mağazasında ümumi çəkisi 150 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları - mayonezlər, kolbasa və qənnadı məmulatları, süd və süd məhsulları, sərinləşdirici içkilər və s. aşkarlanıb, satışdan çıxarılaraq məhv edilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, qanun pozuntusuna yol vermiş 5 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib olunub. Bu şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.
Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 38 hüquqi şəxsə 148,5 min manat, 221 fiziki şəxsə 332 min manat cərimə tətbiq olunub.
Ramiz

Oxşar yazılar

Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06
Sabahın tibbi-meteoroloji PROQNOZU
5 iyul 2025 , 14:45Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı
5 iyul 2025 , 14:27