“Reallıq “Əbu Bəkr” məscidinin bağlanmasını diktə edir” – MÜSAHİBƏ
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun APA-ya müsahibəsi
- Hazırda ölkədəki dini durumu necə qiymətləndirirsiniz?
- Ölkədə dini durum sabit və normaldır. Məncə, bunun əksini yalnız Azərbaycandan xəbəri olmayanlar və hansısa məqsədlər üçün həqiqəti qəbul etmək istəməyənlər iddia edə bilərlər. Çünki dövlət ölkə vətəndaşlarının vicdan azadlığını tam şəkildə təmin edir və dini durumu nəzarətdə saxlayır. Bunun nəticəsidir ki, bu sahədə ciddi problem yoxdur, əksinə, dini fəaliyyət sferasında dövlət siyasətinin həyata keçirilməsi, dövlət-din münasibətlərinin qanunvericilik bazasının möhkəmləndirilməsi, mövcud tolerantlıq mühitinin qorunub saxlanması, dini konfessiyalar və icmalar arasında əməkdaşlığın gücləndirilməsi, dini dözümsüzlük və qarşıdurma meyllərinin qarşısının alınması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Lakin bütün bunlarla yanaşı, dini durumda bəzi neqativ hallar da mövcuddur. Təəssüf ki, ölkədə yaranmış azad, sağlam dini mühitdən sui-istifadə etməyə çalışan, dini dözümsüzlük və ayrı-seçkilik mövqeyindən çıxış edən radikal qruplar və hansısa xarici siyasi dairələrin maraqlarına xidmət edən şəxslər də var. Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə qəbul edilməyən bu qrupların və şəxslərin əslində dinlə heç bir əlaqəsi yoxdur, sadəcə, onlar din pərdəsi altında gizləniblər. Ancaq onlar ölkədə dini situasiyaya təsir edə biləcək qüvvədə deyillər. Zaman keçdikcə dini durum daha da sabitləşir. Bunun bir səbəbi də həmin qrupların tədricən zərərsizləşdirilməsidir. Fikrimcə, bu istiqamətdə görülən işlər başa çatdıqdan sonra dini durum daha da şəffaflaşacaq, mövcud vəziyyət indikindən də yaxşı olacaq. Mən bunu reallıqlara və təcrübəyə əsaslanaraq əminliklə söyləyirəm.
- Son vaxtlar məscidlərin bağlanılması və sökülməsi barədə müxtəlif fikirlər səslənir. Bu fikirlər nə dərəcədə həqiqətə uyğundur?
- Məscidlərin bağlanılması və sökülməsi barədə deyilən fikirlərin heç bir əsası yoxdur. Əslində, bu, böhtan xarakterli məlumatlardır. Ən pisi də odur ki, məqsədli şəkildə yayılan və bəzi qüvvələr tərəfindən müdafiə olunan bu fikirlərlə ictimaiyyəti çaşdırmağa cəhdlər edilir və təəssüf ki, bəzən bu porosesə bilərəkdən və ya bilməyərəkdən kütləvi informasiya vasitələri də qoşulur. Dini durumda müəyyən neqativ halların olduğunu dəfələrlə bildirmişik. Amma bu halların aradan qaldırılmasının yolunu məscidlərin sökülməsində və ya bağlanılmasında görmürük. Azərbaycan hökuməti həmin neqativ halları aradan qaldırmaq gücündədir və heç bir qüvvə buna mane ola bilməz. Ötən üç il ərzində görülmüş işlər və əldə edilmiş nəticələr dediklərimizi təsdiqləyir. Bu prosesin getməsini və dini durumun daha da şəffaflaşmasını istəməyən qüvvələr də bunu görürlər. Onlar gözəl başa düşürlər ki, bu prosesə mane ola bilməyəcəklər. Ona görə də, başqa variantlara əl atırlar, guya məscidlərin bağlanılması və sökülməsi, hökumətin vicdan azadlığını məhdudlaşdırması barədə əsassız məlumatlar yayır, böhtan xarakterli fikirlər səsləndirirlər. Amma onlar anlamalıdırlar ki, bu yolla da heç nəyə nail ola bilməyəcəklər. Çünki bu istiqamətdə işlərin aparılmasını Azərbaycan xalqının və cəmiyyətinin maraqları diktə edir. İnsanlar artıq başa düşürlər ki, din sahəsində proseslərə nəzarətin gücləndirilməsi təbii və zəruri haldır. Əgər nəzarət gücləndirilməsə, din pərdəsi altında xarici dövlətlərin və başqa qüvvələrin maraqlarını ifadə edən qruplar, eləcə də radikallığa meylli şəxslər zərərsizləşdirilməsə, dini durum gərginləşə bilər. Dini durumun gərginləşməsi tarixən formalaşmış tolerantlıq ənənələrinə zərbə vurulması deməkdir. Tolerantlığın zəifləməsi dini qarşıdurmaya yol açır. Dini qarşıdurma olacağı təqdirdə isə ictimai-siyasi sabitliyin pozulması labüd hala çevrilə bilər. Əlbəttə, Azərbaycanda bu halların baş verməsi qeyri-mümkündür. Çünki Azərbaycan dövləti və cəmiyyəti bu cür halların qarşısını qətiyyətlə almaq gücündədir. Sadəcə, bunları deməkdə məqsədim odur ki, dini duruma, ümumiyyətlə, dinlə bağlı məsələlərə həssas yanaşılmalıdır. Konkret sualınıza gəlincə, indiyədək ölkə ərazisində heç bir məscid sökülməyib. Yalnız “Neft daşları”nda qanunsuz tikilmiş məscidin uçma təhlükəsi nəzərə alınaraq, sökülməsinə qərar verilib. Eyni zamanda, başqa yerdə məscid tikilməsinin mümkünlüyü də bildirilib. Təəssüf ki, bəzi qruplar məqsədli şəkildə məscid adı altında qanunsuz aparılmış tikintilərin dayandırılmasını və ya sökülməsini məscidlərin sökülməsi və bağlanması kimi qələmə verməyə çalışırlar.
- Məscid tikintisi ilə bağlı “qanuni” və “qanunsuz” ifadələrinin işlədilməsinə tez-tez rast gəlirik. Mümkünsə, bu məsələyə aydınlıq gətirərdiniz...
- Dünyanın heç yerində yarımçıq tikili məscid adlandırılmır, həmçinin ibadət evi tikmək qanunu pozmaq üçün əsas ola bilməz. Bəziləri deyir ki, məscid olduğu üçün qanunun pozulmasına göz yummaq olar. Bu fikir onu söyləyənlərin həm dini, həm də hüquqi cəhətdən nə qədər naşı olduqlarını göstərir. Çünki heç bir əməl, hərəkət, hansı məqsədlə olursa-olsun, qanunun pozulmasına haqq qazandırmır. Bəlkə də hansısa məqamda qanunsuz yaşayış evinin və ya ticarət obyektinin tikintisini qəbul etmək olar. Lakin qanunsuz məscid tikintisini heç cür qəbul etmək mümkün deyil. Axı, məscid Allahın evidir. Allahın evi də qanunsuz ola bilərmi? Dini terminologiyada “qanunsuz” ifadəsi yoxdur. Bu sözün yerinə “haram” ifadəsi işlədilir. Dini ifadə ilə desək, qanunsuz məscid tikmək haram yolla Allah evi inşa etdirməyə bənzəyir. Haram işlə məşğul olmaq isə İslamda nəinki bəyənilmir, hətta günah sayılır. Görünür, bəzi şəxslərin ya dindən xəbərləri yoxdur, ya da onlar hansı əmələ haqq qazandırdıqlarının fərqinə varmırlar. Bir sözlə, məscid adı ilə inşa edilən yarımçıq tikilinin sökülməsini faciə kimi qələmə vermək, bunu hökumətin İslama münasibətinin göstəricisi hesab etmək tamamilə yanlışdır. İslam tarixində fitnə-fəsad yuvasına çevrilmiş, qanunsuz tikilmiş məscidlərin sökülməsi ilə bağlı kifayət qədər fakt var. Hətta məscidin sökülməsi hadisəsinə Məhəmməd peyğəmbərin həyatında da rast gəlmək mümkündür. Bu sahədə ən bariz nümunə kimi Həzrət Ömərin xəlifəliyi dövründə baş vermiş hadisəni göstərmək olar. Kilsələrdən birinin həyətyanı sahəsindən bir hissə qeyri-qanuni olaraq zəbt edilir və orada məscid tikilir. Bu barədə Həzrət Ömərə şikayət edildikdən sonra o, məscidin sökülməsinə və həmin ərazinin kilsəyə qaytarılmasına qərar verir.
- Azərbaycan dövləti tərəfindən dini təyinatlı obyektlərə və dindarlara hansı qayğı göstərilir?
- Hazırda ölkənin müxtəlif bölgələrində 22 məscid tikilir. Təxminən 30-a yaxın məscidin tikintisi isə, əsasən, maliyyə çətinliyinə görə hələ ki, yarımçıq qalıb. Belə bir sual yarana bilər: niyə ölkədə bu qədər məscidin tikilməsi yox, hansısa yarımçıq tikilinin sökülməsi qabardılır? Yaxud bu gün dövlət tərəfindən tarixi-dini abidələrimiz yüksək səviyyədə yenidən qurulur və bərpa edilir. İstifadəyə verilmiş Bibiheybət ziyarətgahını, “İçərişəhər” Cümə məscidini, “Əjdərbəy”, eləcə də digər məscid və ziyarətgahlarda aparılmış bərpa işlərini görəndə bir azərbaycanlı müsəlman kimi fərəh hissi keçirməmək mümkün deyil.
Heç uzağa getməyək. İyul ayının 6-da əsaslı yenidənqurma və geniş tikinti işlərindən sonra “Təzəpir” məscid kompleksi istifadəyə verilib. Bu, həm klassik, həm də çağdaş arxitektura tələblərinə cavab verən nəhəng kompleksdir. Prezident İlham Əliyev mərasimdə iştirak etdi və böyük nitq söylədi. Onun nitqində dövlətimizin dinə olan münasibəti gün kimi aydın şərh olunub. Prezident qeyd etdi ki, Azərbaycanda din dövlətdən ayrıdır. Azərbaycan dünyəvi dövlətdir. Ancaq bununla bərabər, biz öz milli və dini ənənələrimizə, dəyərlərimizə çox sadiqik. Biz ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca məna daşıyan dəyər Azərbaycanın milli dəyərləridir. Eyni zamanda, Heydər Əliyev Fondu da məscidlərin, ümumiyyətlə, dini abidələrin bərpasına və inşasına xüsusi diqqət göstərir. İndiyədək Fond 6 məscidin bərpasını və inşasını həyata keçirib. Bu sahədə Qafqaz Müsəlmanları İdarəsi də ardıcıl, səmərəli fəaliyyət göstərir. Necə ola bilər ki, dövlət bir tərəfdən ibadət evlərini bərpa etsin, ehtiyac olan yerlərdə məscid tikintisinə yardım göstərsin, digər tərəfdən isə məscidləri söksün, yaxud fəaliyyətini dayandırsın? Deməli, məscidlərin söküldüyünü iddia edənlər ya reallığı görmürlər, ya da başqalarının sifarişini yerinə yetirdikləri üçün özlərini görməzliyə vururlar. Görürsünüzmü, Azərbaycan məscid sökən deyil, məscid tikən, milli-dini abidələrimizi məhəbbətlə bərpa edən ölkədir və bu həqiqəti dünyada hamı bilir, bircə kiminsə dəyirmanına su tökən bəzi “dinçilərdən” başqa...
- Cəmiyyətdə “Əbu Bəkr” məscidinin bağlanması faktı birmənalı qarşılanmır. Dövlət Komitəsinin bu məsələyə münasibəti necədir?
- Bəli, bu gün bəzi şəxslər “Əbu Bəkr” kimi tanınan Nərimanov rayon Cümə məscidinin fəaliyyətinin bərpa olunmasını istəyirlər. Əvvəlcə onu deyim ki, Dövlət Komitəsi heç bir məscidin, o cümlədən bu məscidin fəaliyyətinin dayandırılmasında maraqlı deyil, ancaq mövcud reallıqlar bunu diktə edir. Nəzərə alınmalıdır ki, məsciddə qanlı hadisə baş verib, insanlar həlak olublar. Bu, Azərbaycanda indiyədək rast gəlinməmiş hadisədir. Bəzi şəxslər cinayəti törədənlərin cəzalandırılmasını yox, məscidin fəaliyyətinin bərpa olunmasını tələb edirlər. Çünki onlar üçün din məsələsi, insanların taleyi önəmli deyil, əsas olan şəxsi maraqlarını, iddialarını qorumaqdır. Dövlət isə öz vətəndaşlarını təhlükəyə ata bilməz. Əgər cəmiyyətdə hansısa məsciddə münasibətlər gərgindirsə və həmin məsciddə qanlı hadisə baş veribsə, deməli, onunla bağlı qərar asanlıqla verilməməlidir. Ümumiyyətlə, cəmiyyətimiz bu məscidin indiki vəziyyətdə açılmasının tərəfdarıdırmı və belə bir addımın atılması nə dərəcədə doğrudur? Məncə, ictimaiyyəti, xüsusilə mətbuatı ilk növbədə bu suallar düşündürməlidir.
- “Dini etiqad azadlığı haqqında” qanuna edilən əlavə və dəyişikliklər birmənalı qarşılanmadı. Hətta bunu dövlətin dini işlərə müdaxiləsi kimi qiymətləndirənlər də oldu.
- Təəssüf ki, bəzən qanuna olunan əlavə və dəyişikliklər bilərəkdən və ya bilməyərəkdən digər məqamlarla qarışdırılır, məsələnin ümumi mahiyyətinə uyğun gəlməyən subyektiv fikirlər səsləndirilir. Hətta bu əlavələri hökumətin dinə müdaxiləsi kimi qiymətləndirənlər də tapılır. Halbuki bunun nə hüquq, nə də reallıq baxımından əsası var. Çünki Azərbaycan cəmiyyətinin inkişaf dinamikasına uyğun olaraq bir sıra qanunların dəyişdirilməsi təbii sayıldığı kimi, “Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi də təbii və normal qəbul edilməlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu il mart ayının 18-də referendum yolu ilə ölkə Konstitusiyasına edilən əlavə və dəyişikliklər də qanuna yenidən baxılmasını labüdləşdirirdi. Digər tərəfdən, qanuna edilmiş əlavə və dəyişikliklər xalqın maraqlarını təmin etməklə yanaşı, həm də cəmiyyətimizin müvafiq sahədə düzgün inkişafı üçün hüquqi zəmin yaradır. Onlar beynəlxalq standartlar və demokratik dəyərlərlə ziddiyyət təşkil etmir, əksinə, bu dəyərlərin cəmiyyətdə tam bərqərar olmasına geniş imkan yaradır.
- Bəlkə bir qədər konkretləşdirəsiniz...
- Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə xeyli sayda dini tədris müəssisəsi yaradılıb. Ötən illərin təcrübəsi göstərir ki, onların heç də hamısı dövlət qeydiyyatından keçməkdə, vahid tədris proqramı və ümumi təlimata uyğun fəaliyyət göstərməkdə maraqlı deyil. Çünki onlardan bəziləri hansısa xarici ölkənin, yaxud dini qrupun və ya təriqətin maraqlarını nəzərə almaqla dinin tədrisini həyata keçirirlər. Son illər ərzində belə dini tədris müəssisələrinin, demək olar ki, hamısının fəaliyyəti dayandırılıb. Bununla belə, gələcəkdə analoji halların baş verməməsi və dini tədris müəssisələri ilə bağlı məsələlərin hüquqi əsasda tənzimlənməsi üçün qanuna müvafiq əlavənin edilməsi məqsədəuyğun sayılıb. Azərbaycanda dini qurumların dövlət qeydiyyatına alınması proseduru asan və sadədir. Qeydiyyatsız dini qurumlar bir çox halda təyinatına və mahiyyətinə uyğun olmayan fəaliyyətlə məşğul olur, bəzən bu fəaliyyət dövlətin və cəmiyyətin milli maraqlarına qarşı yönəlir. Eyni zamanda, təcrübə göstərir ki, bəzi dini icmalar dövlət qeydiyyatından keçsələr də, öz hüquqi ünvanlarında fəaliyyət göstərmirlər. Hüquqi ünvanlarını dəyişmələri barədə müvafiq quruma məlumat verməkdən isə yayınırlar. Bu cür halların baş verməsi dini durumda neqativ halların yaranmasına gətirib çıxarırdı. Bu gün dünyada onlarla din və dini cərəyan, eləcə də yüzlərlə təriqət və məzhəb fəaliyyət göstərir. Səmavi dinlər, bir neçə məzhəb və təriqət istisna olmaqla, onların hamısı Azərbaycan cəmiyyəti üçün qeyri-ənənəvi sayılır. Bu dinlərin və təriqətlərin bir qismi bəşəri və dünyəvi dəyərlərə zidd ideyaları təbliğ edir. Belə təriqətlər məqsədlərini və fəaliyyət metodlarının əsl mahiyyətini gizlətməyə çalışır, qeydiyyat üçün təqdim etdikləri sənədlərdə bəşəri və dünyəvi ideyaları qabardırlar.
- Cəmiyyətdəki söz-söhbətlərin bir qismi də dini təyinatlı ədəbiyyata olan münasibətlə bağlıdır...
- Hazırda dini duruma mənfi təsir göstərən əsas amillərdən biri zərərli dini ədəbiyyatın ölkəyə idxalı və yayılması ilə bağlıdır. “Dini etiqad azadlığı haqqında” mövcud qanuna görə, dini qurumlar Dövlət Komitəsinin razılığı əsasında dini ədəbiyyat istehsal və idxal edə bilərdilər. Təcrübə göstərir ki, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər də dini ədəbiyyat və əşyaların idxalı, yayılması ilə məşğul olurlar. Belə hallar kifayət qədərdir. Digər tərəfdən, dini ədəbiyyat və əşyaların satışı müxtəlif yollarla, bəzən qanunsuz şəkildə həyata keçirilir. Belə olan halda cəmiyyətdə zərərli dini ədəbiyyatın yayılmasının qarşısını almaq, ümumiyyətlə, bu sahəyə lazımi səviyyədə nəzarət etmək çətinləşir. Odur ki, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışının yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməsi məqsədəuyğun sayılıb. Dini təyinatlı ədəbiyyatın ekspertizasının həyata keçirilməsi cəmiyyətdə və dini durumda neqativ halların yaranmasının qarşısını alır. Aparılmış təhlillər təsdiqləyir ki, bu sahəyə nəzarət gücləndikcə, dini mühitdə müsbət tendensiyalar güclənir. Eyni zamanda, vaxt keçdikcə ölkəyə idxal edilən dini ədəbiyyatın sayının artması müşahidə olunur. Bu isə daha çevik və professional dinşünaslıq ekspertizasının həyata keçirilməsini tələb edir.
- “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliklərdən biri də xaricdə təhsil alan şəxslərə Azərbaycanda dini ayin və mərasimləri aparmağa icazə verilməməsi ilə bağlıdır. Bu barədə nə deyə bilərsiniz?
- Aparılan araşdırmaların nəticəsində məlum olub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bəzən gənclər qanunsuz, müvafiq icra hakimiyyəti, dini mərkəz və idarələrin razılığı olmadan, hətta hansısa ölkənin xüsusi xidmət orqanlarının nəzarəti altında xarici dövlətlərə dini təhsil almağa gediblər. Bir sıra halda onların təhsil müddəti məqsədli şəkildə uzadılıb, bəzən 15 ilə çatıb və müəyyən dini cərəyanların prinsipləri onlara təlqin edildikdən sonra həmin gənclər Azərbaycana geri göndəriliblər. Onlar qayıtdıqdan sonra təhsil aldıqları ölkənin dövlət-din münasibətləri modelini Azərbaycana tətbiq etmək, mənsub olduqları təriqət və dini cərəyanların prinsiplərini ölkədə yaymaq istiqamətində fəaliyyət göstərirlər. Belə olan təqdirdə, bu sahəyə lazımi səviyyədə nəzarətin həyata keçirilməsində və xaricdə dini təhsil almış şəxslərin cəmiyyət tərəfindən sağlam mütəxəssislər kimi qəbul edilmələrində ciddi problemlər yaranır. Mövcud reallıq nəzərə alınaraq, İslam dini ayin və mərasimlərinin aparılmasının yalnız Azərbaycanda təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsi məqsədəuyğun sayılır. Qanuna təklif olunmuş bu əlavənin xarici ölkələrdə dini təhsil almış vətəndaşlara qarşı etimadsızlıq kimi qiymətləndirilməsi tamamilə yanlışdır. Təbii ki, xaricdə dini təhsil alan, amma Azərbaycan cəmiyyətinin və İslam dininin maraqlarına uyğun fəaliyyət göstərmək istəyən mütəxəssislər də var. Onların imkanlarından istifadə edilməsi məqsədəuyğundur. Belə mütəxəssislər müxtəlif qurumlarda, o cümlədən, Dövlət Komitəsində, elm və təhsil müəssisələrində, hətta Qafqaz Müsəlmanları İdarəsinin mərkəzi aparatında fəaliyyət göstərə bilərlər.
- Dini qurumların yenidən qeydiyyata alınmasına başlanılıbmı? Bu proses necə aparılır?
- Dövlət Komitəsi qanuna edilən əlavə və düzəlişlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün konkret fəaliyyətə başlayıb. Biz bu işlərə əlavə və dəyişikliklər qüvvəyə minən gündən start vermişik. İndiyədək xeyli iş görülüb. Qanunun şərhi məqsədilə yerlərdə və dini icmalarda maarifləndirmə işi aparmaqla yanaşı, dövlət qeydiyyatından keçmək üçün tələb olunan sənədlərin nümunələri hazırlanaraq dini qurumlara göndərilib. Eyni zamanda, dini tədris müəssisələrinə və dini mağazalara müvafiq lisenziyalar verilməsi üçün təlimatın hazırlanmasına başlanılıb. Mənə elə gəlir ki, yaxın günlərdə dini icmaların qeydiyyatla bağlı müraciətləri Dövlət Komitəsinə daxil olacaq və bu prosesə start veriləcək.

1421