İdarə rəisi: “Təhsil Nazirliyi mühafizə üçün bizə müraciət edəcək”
“Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi özünü maliyyələşdirmə prinsipi ilə işləyir. İdarə müraciət edən bütün şəxslərin əşya-əmlakını, idarələri və müəssisələri müqavilə əsasında mühafizə edir”.
Bu sözləri APA-ya açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Mədət Quliyev deyib.
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən hadisələrdən sonra təhsil müəssisələrinin mühafizəsinin gücləndirilməsi məsələsinə toxunan idarə rəisi məlum hadisədən əvvəl də bir neçə ali təhsil müəssisəsinin fərdi qaydada mühafizənin təşkili üçün onlara müraciət etdiyini və bu mühafizənin təşkil olunduğunu bildirib: “Hadisədən sonra isə Təhsil Nazirliyi mühafizənin təşkili və gücləndirilməsi ilə bağlı Baş Mühafizə İdarəsinə müraciət edib, bu müraciətdən sonra təhsil ocaqlarının mühafizəsi gücləndirilib. Amma bu o demək deyil ki, biz bütün təhsil ocaqlarını mühafizə edirik. Yəqin ki, yeni dərs ilindən Təhsil Nazirliyi bu məsələyə bir daha baxacaq və mühafizə üçün bizə müraciət edəcək”.
İdarə rəisi mühafizə xidmətinin təşkili və müasirləşdirilməsi bağlı ölkəyə yeni mühafizə avadanlıqlarının gətirildiyini də sözlərinə əlavə edib.

1011