Hacı Namiq Babaxan: “Yəhudi və xristianlara hörmət edirik”
Azərbaycan Birlik Təşkilatı (ABT) ölkə dindarlarına müraciət ünvanlayıb. Təşkilatdan Lent.az-a daxil olan müraciəti ABT-nin sədri Hacı Namiq Babaxan imzalayıb. Müraciətdə Azərbaycanın tarixən səmavi dinlərin, bu dinlərin özündə olan təriqətlərin tərəfdarlarının birgə dözüm, qarşılıqlı anlaşma şəraitində davrandığı vurğulanıb. Sənəddə ölkədəki tolerantlığı qoruyub saxlamaq həm bir vətəndaş olaraq, həm də bütün din və təriqətlərdə olan bu ilahi göstərişə əməl etməyin borc olduğu bildirilib.
“Baxmayaraq ki, bəzi təxribatçı qüvvələr bəzi vaxtlar tolerantlıq mühitini pozmağa cəhd ediblər, amma dindarlar təxribata uymayıb, həqiqətən dözümlülük nümayiş etdiriblər. Beş səmavi dindən dünyada mövcud olan üç din - Həzrət Musa peyğəmbərin Yəhudilik dini, Həzrət İsa peyğəmbərin Xristianlıq dini, Həzrət Məhəmməd peyğəmbərin İslam dini səmavi ilahi dinlərdir və onlara, təriqətlərinə inanclı olanlar dindarlardır. İstənilən dinə əməl edən və etməyən, dini olan və olmayan - bütün insanlar Allahın bəndələridir və insanlıqda, bir insan olaraq bərabərdirlər. Biz ölkəmizdə olan bu tolerantlığı, dözümlülüyü qoruyub saxlamağa borcluyuq. Bu baxımdan bütün ölkə dindarlarını öz davranışları, rəftarları, bəyanatları, çıxışları, hətta adı söhbət və sözlərində belə diqqətli olmağa çağırırıq. Biz inanclı bacı və qardaşlarımızı məsuliyyətsiz, yersiz, lazımsız hərəkətlərə davranışlara, rəftarlara, çıxışlara, bəyanatlara, hətta adi söhbət və sözlərə yol verməməyə çağırırıq. Baş verən istənilən hadisəyə dinc, sivil, hüquqi yollarla, qanunlar çərçivəsində münasibət bildirmək, etiraz etmək təbiidir, Allahın verdiyi fikir və söz azadlığı nemətini heç kəs məhdudlaşdıra bilməz. Amma bütün bunlar heç bir insanın haqq və hüququnu tapdalamaq, tolerantlığa xələl gətirməklə ola bilməz” – deyə, qeyd edilib.
Müraciət müəllifi Azərbaycandakı mövcud tolerantlığın dünyaya nümunə olacaq həddə olduğunu vurğulayıb: “Bu böyük ilahi nemətdir, bu neməti gərək hamılıqla qoruyaq. Ölkədə tolerantlığın yüksək səviyyədə olmasında dindarların da rolu və səyi böyük və əvəzolunmazdır. Bu əlaqədə qeyd etmək zəruridir ki, bizim sionizm cərəyanına qarşı olan münasibətimiz, yəhudi dininə və yəhudilərə qarşı deyil və ola da bilməz. Biz yəhudi dininə və xristian dininə əməl edənlərə səmavi din ardıcılları kimi baxırıq və hörmət edirik. Bu bizim borcumuz və vəzifəmizdir. Sözsüz ki, dinlər və təriqətlər arasında olan elmi mübahisələr hər zaman elmi inkişafa gətirib çıxarıb. Biz yalnız elmi mübahisələrin tərəfdarı ola bilərik. Bütün hərəkətlərimiz, hətta sözlərimiz də dinc, sivil, hüquqi yollarla, qanunlar çərçivəsində olmalıdır”.

773