“İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi” adlı dərslik hazırlanır
Kitab tələbələrə və ali təhsil müəssisələrinin kitabxanalarına pulsuz təqdim edəcək
Avrasiya Hüquqşünaslar Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi” adlı dərsliyin nəşr etmək üçün hazırlıq işlərinə başlayıb. Təşkilatdan Lent.az-a verilən məlumata görə, dərsliyin müəllfi Bakı Dövlət Universiteti “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının müdir müavini, professor Əmir Əliyevdir. Bundan başqa artıq Azərbaycan Respublikasının Təhsil Nazirinin əmri ilə “İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi” adlı əlyazma dərslik kimi təsdiq edilib.
Avrasiya Hüquqşünaslar Assosiasiyası sözügedən dərsliyi təmənnasız olaraq tələbələrə və ali təhsil müəssisələrinin kitabxanalarına təqdim edəcək.
Layihənin məqsədi Azərbaycanda ali təhsil müəssisələrində insan haqları hüququnun tədrisinin inkişafına dəstəkdir. Layihədə həmçinin Bakı şəhərində yerləşən bəzi ali təhsil müəssisələrində dərsliyin təqdimetmə mərasiminin keçirilməsi də nəzərdə tutulur.

1158