Media Mərkəzi: “QHT-lərlə bağlı debata ehtiyac olmadı”
“İyunun 29-da Azərbaycan Media Mərkəzində planlaşdırılan “QHT böhranından çıxış yolu” mövzusunda debat əvəzinə mətbuat brifinqi keçirilib”. Lent.az-ın məlumatına görə, Azərbaycan media Mərkəzinin yaydığı açıqlamada belə deyilir. Məlumatda deyilir ki, brifinqdə millət məkili, parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü Azay Quliyev media mənsublarına “QHT-lər haqqında” qanuna təklif edilən dəyişikliklərin yeni variantı haqqında məlumat verib. “Vətəndaş cəmiyyətini narahat edən müddəalar qanunda öz əksini tapmayacaq” – deyə, A.Quliyev bildirib.
Media Mərkəzi daha sonra bildirir: “Millət vəkilinin sözlərinə görə bu gün Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin iclasında həmin dəyişikliklərə yenidən baxılıb, və QHT-lərin əleyhinə çıxdığı bir çox müddəaların götürülməsi qərarına gəlinib. A. Quliyev bildirdi ki, İyun ayının 30-da qanuna dəyişikliklərin yeni variantı yazılı formada bütün millət vəkillərinə paylanacaq.
Azərbaycan Media Mərkəzi bildirir ki, əvvəlcədən debatda iştirakı gözlənilən millət vəkili Əli Hüseynov tədbirə qatıla bilmədiyi üçün, komitənin mövqeyini ve yeni təklifləri millət vəkili Azay Quliyev jurnalistlərə açıqladı. Vətəndaş Cəmiyyətinin Müdafiəsi Komitəsinin Sədri Qubad İbadoğlu tədbirə tərəf kimi dəvət edilsə də, debat təxirə salındığı üçün o, polemikada iştirak edə bilmədi. Lakin Q. İbadoğlu QHT-lərin mövqeyini jurnalistlərə çatdıraraq İyun ayının 30-da Milli Məclisin önünda etiraz aksiyası keçirəcəklərini bildirdi”.

1071