Texnikumlara qəbul aparılacaq ixtisaslar açıqlandı
Bu barədə geniş məlumat “Abituriyent” jurnalının 3-cü sayında dərc oluneç
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2009/2010-cu tədris ili üçün əsas (9 illik) təhsil bazasından orta ixtisas təhsili məktəblərinə sənəd qəbulu üzrə plan yerləri və ixtisasların sayı barədə məlumatları açıqlayıb. “Abituriyent” jurnalının 3-cü sayında dərc olunan bu məlumatlarda ayrı-ayrı qruplar üzrə qəbul aparılacaq texnikumların və ixtisasların sayı göstərilib.
Lent.az-ın məlumatına görə, jurnalda həmçinin texnikumlara qəbul qaydaları, müsabiqə şərtləri və ərizə formalarının nümunəsi verilib. TQDK sədrinin müavini Namiq Babayev jurnalistlər üçün keçirdiyi brifinqdə deyib ki, 9 illik (əsas) təhsil bazasından texnikumlara qəbul imtahanında abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən imtahan verəcəklər. İmtahanda abituriyentlərə hər fəndən 15 sual təqdim olunacaq.
Xatırladaq ki, əsas (9 illik) təhsil bazasından orta ixtisas təhsili məktəblərinə sənəd qəbulu iyunun 24-dən iyulun 31-dək Bakıda və regionlarda yaradılmış sənəd qəbulu komissiyalarında aparılacaq.
Elxan SALAHOV

3800