Tovuzda heyvanlarda quduzluğa qarşı mübarizə gücləndirilib
17 iyun 2009 17:45 (UTC +04:00)

Tovuzda heyvanlarda quduzluğa qarşı mübarizə gücləndirilib

3000-dən çox it peyvənd olunub, 200 baş sahibsiz heyvan isə öldürülüb

Tovuzda Tovuzda heyvanlarda quduzluğa qarşı mübarizə gücləndirilib. Bu ilin ötən dövründə sürüdə və şəxsi təsərrüfatlarda saxlanılan 3177 it peyvənd olunub. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Tovuz rayon Baytarlıq İdarəsinin rəisi Zülfüqar Kərimov məlumat verib. Rayon İcra Hakimiyyətinin də təşəbbüsü ilə sahibsiz itlərlə mübarizə üçün xüsusi işçilər ayrılıb. İndiyədək 200 sahibsiz it məhv edilib. Heyvanlarda quduzluğa qarşı mübarizə bundan sonra da davam etdiriləcək. Xatırladaq ki, bu ay Tovuz sakini olan 16 yaşlı oğlan quduz itin dişləməsi nəticəsində dünyasını dəyişmişdi.

Vüsalə Cənnətova
# 740

Oxşar yazılar