Bakıda yararsız məhsulların satıldığı marketlər – SİYAHI
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti növbəti monitorinq keçirib.
Nazirlikdən APA-ya verilən məlumata görə, monitorinq zamanı Bakı şəhərinin Nizami rayonunda “Asif market”, “Əmirvari market”, “Şərur market”, “Orxan-M market”, “NV market”, “Yaşıl market”, “Real market”, “Könül market” fiziki şəxs R. Rəsulova məxsus ərzaq mağazası, fiziki şəxs Z.Qafarovaya məxsus mağaza və “ASP” firmasına məxsus “ASP market”də, Nərimanov rayonunda C. Cavadova məxsus anbarda və “Dəniz MP” MMC-yə məxsus “Dəniz market”də, Xətai rayonunda fəaliyyət göstərən “Təbrik” şadlıq evində, Nəsimi rayonunda “Qahab market”də, Göygöl şəhərində M. Əliyevaya və Sumqayıt şəhərində M. Məmmədova məxsus ərzaq malları mağazalarında ümumi çəkisi 6,3 tona yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları - qənnadı və kolbasa məmulatları, süd və süd məhsulları, bitki yağları, göbələklər, konservləşdirilmiş məhsullar, həmçinin dondurmalar və sərinləşdirici içkilər aşkar olunub. Bu məhsullar satışdan çıxarılaraq məhv edilib.
İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən Xaçmaz şəhərində C. Cahangirova məxsus tikinti materiallarının satışı mağazasında 19,5 ton saxta sement aşkar edilərək satışdan çıxarılıb. Qanunun tələblərini pozmuş 3 hüquqi və 15 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada cərimələr tətbiq olunacaq.
Qeyd edək ki, ümumilikdə mayın 17-dən aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 13 hüquqi şəxsə 48,5 min manat, 62 fiziki şəxsə isə 92,4 min manat cərimə tətbiq olunub.

966