Qusarda güclü yağış dağıntılar törədib
Ötən axşamdan başlayaraq Azərbaycanın şimal rayonlarında yenidən qeyri-sabit hava şəraiti hökm sürür.
APA-nın şimal bürosunun xəbərinə görə, leysan yağışları nəticəsində dağ çaylarında suyun həcmi kəskin şəkildə artaraq bir sıra fəsadlar törətməyə başlayıb.
Axşam saat 23.00 radələrində güclənən sel suları Qusar rayonunun Gündüzqala kəndindəki köpünü dağıdıb. Nəticədə kənd iki yerə bölünüb. Çayın o biri sahilində yaşayan 140 ailənin qarşı tərəflə, o cümlədən rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Həmçinin, körpünün o biri tərəfindən yerləşən, rayon mərkəzinə çıxışı yalnız bu körpüdən olan Yuxarı Zeyxur, İmamqulukənd, Kuxur-oba və digər ucqar kəndlərin də yolu bağlanıb. Sahilboyu 7 hektar təsərrüfat sahəsi selin təsirindən yararsız hala düşüb. Yerli sakinlərin bildirdiyinə görə, kənd körpüsü çox primitiv üsulla qurulduğundan analoji hadisə tez-tez baş verir. Əraziyə Qusar rayon Fövqəladə Hallar Komissiyası baxış keçirib və körpünün təmiri üçün yerli bələdiyyələrə göstəriş verilib. Qusar rayon Fövqəladə Hallar Komissiyasının sədri Əlif Məmmədovun APA-ya verdiyi məlumata görə, sel rayonun bir neçə kəndində təsərrüfat sahələri üçün ciddi təhlükə yaradıb. Yarana biləcək fəsadların qarşısının alınması məqsədilə əlaqədar qurumlar çaylarda sahil bərkitmə tədbirləri aparır.

940