578 abituriyent fars dilindən imtahan verəcək
12 iyun 2009 19:30 (UTC +04:00)

578 abituriyent fars dilindən imtahan verəcək

Azərbaycanda ingilis dilinə maraq digər xarici dilləri üstələyir

Artıq ali məktəblərə qəbul zamanı I ixtisas qrupunu seçənlər xarici dil kimi rus dilindən imtahan verə bilər. Bununla belə, abituriyentlər xarici dil kimi daha çox ingilis dilinə üstünlük verir.

Lent.az-ın məlumatına görə, bu barədə tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. Bu il həmin qrup üzrə 29 min 69 nəfər xarici dil kimi ingilis dilini, 1288 nəfə fransız dilini, 659 nəfər alman dilini, 5219 nəfər isə rus dilini seçib.

Komissiya sədri deyib ki, digər ixtisas qruplarında da xarici dil kimi ingilis dilindən imtahan vermək istəyənlərin sayı üstünlük təşkil edir. Onun sözlərinə görə, bu il I ixtisas qrupunda 36 min abituriyent imtahan verəcək və onların 29 min 69 nəfəri xarici dil kimi ingilis dilini seçib.

III ixtisas qrupuna sənəd vermiş 36 min 919 nəfərdən isə 32 min 904-ü xarici dil kimi ingilis dilindən, 1811-i fransız dilindən, 1062-si alman dilindən, 89-u ərəb dilindən, 269-u isə fars dilindən imtahan verəcək.

Xatırladaq ki, bu il ali məktəblərə 114 min 284 abituriyent sənəd verib. Onların arasında xarici dil kimi fars dilini seçənlərin ümumi sayı 578 nəfərdir. Məleykə Abbaszadə deyib ki, ümumilikdə abituriyentlərin ərizələrində xarici dil kimi ilk üç yeri ingilis, alman və fransız dilləri tutur.

Elxan SALAHOV
# 724

Oxşar yazılar