Əsas təhsil bazasından orta ixtisas məktəblərinə tələbə qəbulu elan edildi
12 iyun 2009 17:00 (UTC +04:00)

Əsas təhsil bazasından orta ixtisas məktəblərinə tələbə qəbulu elan edildi

46 dövlət və 1 özəl orta ixtisas məktəbinə ayrılan plan yerlərinin sayı 9516-dır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)2009/2010-cu tədris ili üçün əsas təhsil bazasından orta ixtisas məktəblərinə tələbə qəbulu elan edib. Lent.az-ın məlumatına görə, sənədlərin qəbulu iyunun 24-dən iyulun 31-dək davam edəcək. Bu il 9 illik təhsil bazasından 46 dövlət və 1 özəl orta ixtisas məktəbinə ayrılan plan yerlərinin sayı 9516-dır. Bakı şəhərində sənədlərin qəbulu üçün 21 orta məktəbdə Sənəd Qəbulu Komissiyası (SQK) yaradılıb.

Ölkənin paytaxtdan kənar digər rayon və şəhərlərdə təhsil alan abituriyentlər isə təhsil aldıqları rayonlarda yaradılmış SQK-lara müraciət edə bilərlər.

Orta ixtisas məktəblərinə sənəd qəbulu internet vasitəsilə deyil, ənənəvi olaraq yazılı ərizə formasında aparılır. TQDK sədri Məleykə Abbaszadə deyib ki, sənəd qəbulu zamanı heç bir ödəniş tələb olunmur: “Abituriyentlər Sənəd Qəbulu Komissiyalarına bir manat da ödəmədən sənədlərini təqdim edə bilərlər”.

Elxan Salahov
# 886

Oxşar yazılar