“Gülçülük” adlı kitab nəşr olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Oruc İbadlı, Ü.Ağamirov və A.Bayramovun “Gülçülük” adlı kitabı nəşr olunub. Bu barədə AMEA-nın mətbuat xidmətindən bildirilib. Kitabda AMEA Mərkəzi Nəbatat bağında uzun illər üzərində müşahidə aparılmış bəzək, dərman, qida əhəmiyyətli 100-dən çox birillik, ikiillik, çoxillik çiçək, ot, kol və eləcə də otaq bitkilərinin botaniki təsviri, xalq təsərrüfatı əhəmiyyəti, becərilmə aqrotexnikası, xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri haqqında hərtərəfli məlumat verilir. Kitabda Azərbaycanda becərilməsi mümkün olan gül bitkilərinin bioekoloyi xüsusiyyətləri, çoxalması, onlara qulluq qaydaları haqqında geniş bilgilər və məlumatlar torlanmışdır. Təsvir olunmuş bitkilərin ağ- qara və rəngli şəkilləri verilib.
Kitabdan həvəskar gülçülər, bağbanlar, biologiya sahəsində çalışan mütəxəssislər, ali və orta məktəbin müəllimləri, aqronomlar, tələbə və şagirdlər faydalana bilər.
Kitabın baş redaktoru AMEA-nın müxbir üzvü Maqsud Qurbanovdur.
Pərvin ABBASOV

1128