“Mərkəzi Nəbatat Bağının bələdçisi” kitabı nəşr olunub
12 iyun 2009 14:30 (UTC +04:00)

“Mərkəzi Nəbatat Bağının bələdçisi” kitabı nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Oruc İbadlı, Ü.Ağamirov, N.Hüseynova və A.İskəndərovun “Mərkəzi Nəbatat Bağının bələdçisi” kitabçası adlı kitabı nəşr olunub. Bu barədə Lent.az-a AMEA-nın mətbuat xidmətindən bildirilib.
Kitabda ilk dəfə olaraq AMEA Mərkəzi Nəbatat bağının tarixi, ona rəhbərlik edənlər, daxili intizam qaydaları, hazırkı elmi istiqaməti, strukturu, eləcə də kolleksiyası haqqında məlumat verilib. Eyni zamanda bağda olan bitkilərlə tanışlıq məqsədi ilə marşrutlar üzrə ağac, kol, çiçək, ot bitkilərinin bioekologiyası, yaşıllaşdırmada, tibdə və digər sahələrdə istifadəsi, əhəmiyyəti, çoxaldılması üsulları haqqında məlumat verilib.
Kitab bağa gəzməyə gələnlər, o cümlədən müəllim, tələbə, bağ həvəskarları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabın baş redaktoru AMEA-nın müxbir üzvü Səlim Musayevdir.
Pərvin ABBASOV
# 470

Oxşar yazılar