28 825 yerə qarşı 114 284 ərizə verilib
Ali məktəblərə tələbə qəbulu üçün plan yerlərinin sayı açıqlandı
2009/2010-cu tədris ili üçün ali məktəblərə tələbə qəbulu üçün plan yerlərinin sayı artıq məlumdur. Mayın 10-da Nazirlər Kabineti plan yerlərinin sayı və onun ixtisaslar üzrə bölgüsünün siyahısını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim edib.
Lent.az-ın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, bu il respublikanın ali məktəblərinə tələbə qəbulu üçün 28 min 825 yer ayrılıb. Bunun 8 min 756-sı I qrupun, 7 min 326-sı II qrupun, 9 min 288-i III qrupun, 3 min 455- isə IV qrupun payına düşür.
TQDK sədri bildirib ki, artıq 114 min 284 abituriyent öz ərizəsini təsdiqləyib. Onun sözlərinə görə, ənənəvi olaraq, bu il də abituriyentlər daha çox ödənişsiz ixtisaslara maraq göstərir. Bu ixtisaslarda müsabiqə vəziyyəti çətin olduqda dövlət ali məktəblərinin ödənişli, ən çətin və son məqamda özəl ali məktəblərin ixtisaslarını seçirlər.
Elxan SALAHOV

Oxşar yazılar

Qubada qar 7 kəndin yolunu BAĞLADI
18 aprel 2025 , 14:52
Lisenziyası ləğv edilmiş cərrahlar fəaliyyətini davam etdirə bilər - VƏKİLDƏN AÇIQLAMA
18 aprel 2025 , 13:16
Sabah yaz havası hiss edəcəksiniz - PROQNOZ
18 aprel 2025 , 12:20
Nuridə Allahyarova Yeni Klinikadan ayrıldı
18 aprel 2025 , 10:56
Bu gün Bakının 3 rayonunun qazı kəsiləcək
18 aprel 2025 , 09:31
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18 aprel 2025 , 08:16
Tezliklə bütün problemlərə “əlvida” deyəcək BÜRCLƏR
18 aprel 2025 , 00:02