ATƏT təmsilçisi xanım Monika Martinez Azay Quliyevlə görüşüb
“QHT-lər haqqında” Qanuna ediləcək əlavə və dəyişikliklər müzakirə edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bu gün ATƏT-in Bakı Ofisinin Qanunun Aliliyi Şöbəsinin rəhbəri xanım Monika Martinezlə görüşüb.
Şuradan Lent.az-a verilən məlumata görə, görüşdə “Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanunu”na Milli Məclisin Hüquq və Dövlət Quruculuğu Komitəsi tərəfindən irəli sürülmüş əlavə və dəyişikliklər geniş müzakirə olunub.
Əlavə və dəyişiklər haqqında qonağa ümumi məlumat verən A.Quliyev bildirib ki, hazırda Şuranın ekspertləri bu təklifləri diqqətlə öyrənir və bu iş başa çatdıqdan sonra Şura müvafiq rəylə çıxış edəcək.
Görüşdə qanuna ediləcək dəyişiklərlə bağlı ATƏT təmsilçisi xanım Monika Martinezi maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirilib və bu müzakirələrin davam olunması haqqında razılıq əldə edilib.

Oxşar yazılar

Qubada qar 7 kəndin yolunu BAĞLADI
18 aprel 2025 , 14:52
Lisenziyası ləğv edilmiş cərrahlar fəaliyyətini davam etdirə bilər - VƏKİLDƏN AÇIQLAMA
18 aprel 2025 , 13:16
Sabah yaz havası hiss edəcəksiniz - PROQNOZ
18 aprel 2025 , 12:20
Nuridə Allahyarova Yeni Klinikadan ayrıldı
18 aprel 2025 , 10:56
Bu gün Bakının 3 rayonunun qazı kəsiləcək
18 aprel 2025 , 09:31
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18 aprel 2025 , 08:16
Tezliklə bütün problemlərə “əlvida” deyəcək BÜRCLƏR
18 aprel 2025 , 00:02