7 mağazada 1 ton yararsız qida aşkarlanıb
İqtisadi İnkişaf Nazirliyi Bakıda və regionlarındakı istehlak bazarında yoxlamalar aparır
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak məhsullarının keyfiyyətinə dair apardığı yoxlamalarda daha 7 mağazada ciddi pozuntular aşkarlayıb. Bu mağazaların 5-i Bakıda, 1-i Qusar, 1-i isə Balakən şəhərində fəaliyyət göstərir.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, növbəti monitorinq zamanı Bakı şəhəri, Nizami rayonunda “Gəncə şərq şirniyyatları”, “Ağ market”, “Çinar”, “Ruslan 93” və “Sputnik” ərzaq məhsullarının satışı mağazalarında, həmçinin Qusar şəhərində G.Bədəlovaya, Balakən şəhərində A.Budurova məxsus ərzaq mallarının satışı ilə məşğul olan ticarət obyektlərində ümumi çəkisi 1 tona yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları aşkar olunub. Yararsız hesab edilən bütün məhsullar satışdan çıxarılaraq məhv edilib.
Nazirlikdə bildirirlər ki, ümumilikdə, mayın 17-dən - “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında” Qanun qüvvəyə mindikdən sonra İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 11 hüquqi şəxsə 40,5 min manat, 45 fiziki şəxsə isə 68 min manat cərimə tətbiq olunub.
Hazırda istehlak bazarında bu cür yoxlamalar ölkənin müxtəlif şəhər və rayonlarında davam etdirilir.
Elxan SALAHOV

Oxşar yazılar

Qubada qar 7 kəndin yolunu BAĞLADI
18 aprel 2025 , 14:52
Lisenziyası ləğv edilmiş cərrahlar fəaliyyətini davam etdirə bilər - VƏKİLDƏN AÇIQLAMA
18 aprel 2025 , 13:16
Sabah yaz havası hiss edəcəksiniz - PROQNOZ
18 aprel 2025 , 12:20
Nuridə Allahyarova Yeni Klinikadan ayrıldı
18 aprel 2025 , 10:56
Bu gün Bakının 3 rayonunun qazı kəsiləcək
18 aprel 2025 , 09:31
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18 aprel 2025 , 08:16
Tezliklə bütün problemlərə “əlvida” deyəcək BÜRCLƏR
18 aprel 2025 , 00:02