Şeyxin müavininə “Şöhrət” ordeni təqdim olundu
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini Salman Musayevə “Şöhrət” ordeni təqdim olunub. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Salman Musayevə “Şöhrət” ordenini Dövlət Komitəsinin sədri Hidayət Orucov təqdim edib. O deyib ki, dini-mənəvi dəyərlərimizin qorunması, təbliği və zənginləşdirilməsi həmişə ölkə prezidentinin diqqət mərkəzindədir: “Din sahəsində çalışan insanlara, din xadimlərimizin əməyinə yüksək qiymət verilməsi də bu dediklərimizin bir daha təsdiqidir. Azərbaycanın bir çox din xadimləri müxtəlif vaxtlarda yüksək dövlət mükafatlarına layiq görülüblər. Azərbaycan ictimaiyyətinin yaxşı tanıdığı, hörmət bəslədikləri Salman Musayevin də fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib”.
Mərasimdə iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Sabir Həsənli, Bakı şəhər Dağ Yəhudiləri dini icmasının sədri Semyon İxiilov, Avropa Yəhudiləri Bakı dini icmasının sədri Gennadiy Zelmanoviç, Roma Katolik kilsəsinin ortinatoru Yan Çapla, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının nümayəndəsi Dionisi çıxış edərək, dövlətin ölkədə fəaliyyət göstərən bütün dini konfessiyalara ardıcıl diqqət yetirdiyini və ölkə prezidentinin onlara qayğı göstərdiyini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan dünyəvi dövlətdir, eyni zamanda dövlət dini etiqad azadlığının təmin olunması, tolerantlıq mühitinin möhkəmlənməsi ilə bağlı lazım olan bütün tədbirləri həyata keçirir.
Salman Musayev yüksək mükafat üçün ölkə prezidentinə dərin təşəkkür edərək bildirib ki, bu mükafat, ümumiyyətlə, Azərbaycan din ictimaiyyətinə verilən yüksək qiymətdir: “Din xadimləri millətimizin ayrılmaz hissəsidir. Biz birlikdə Vətənə və dövlətə xidmət göstəririk. Ona görə də bu orden mənim üçün çox əzizdir”.
Xatırladaq ki, Azərbaycan İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə ölkənin ictimai həyatında fəal iştirakına görə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musa oğlu Musayev “Şöhrət” ordeni ilə təltif edilb.

Oxşar yazılar

Qubada qar 7 kəndin yolunu BAĞLADI
18 aprel 2025 , 14:52
Lisenziyası ləğv edilmiş cərrahlar fəaliyyətini davam etdirə bilər - VƏKİLDƏN AÇIQLAMA
18 aprel 2025 , 13:16
Sabah yaz havası hiss edəcəksiniz - PROQNOZ
18 aprel 2025 , 12:20
Nuridə Allahyarova Yeni Klinikadan ayrıldı
18 aprel 2025 , 10:56
Bu gün Bakının 3 rayonunun qazı kəsiləcək
18 aprel 2025 , 09:31
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18 aprel 2025 , 08:16
Tezliklə bütün problemlərə “əlvida” deyəcək BÜRCLƏR
18 aprel 2025 , 00:02