Gəncədə antikorrupsiya mövzusunda tədbir keçirilib
Dəyirmi masa Korrupsiyaya Qarşı Mübarizə Fondu və QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən düzənlənib
Gəncədə “Regionlarda antikorrupsion maarifləndirmə və hüquqi yardım” layihəsi çərçivəsində tədbir keçirilib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə dəyirmi masa Korrupsiyaya Qarşı Mübarizə Fondu ilə Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökümət Təşkilatına Dövlət Dəstəyi Şurası tərəfindən düzənlənib.
Yerli dövlət qurumlarından, QHT-lərdən nümayəndələrin qatıldığı tədbirdə çıxış edən Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov deyib ki, məqsəd 2007-2011-ci illəri əhatə edən Korrupsiyaya Qarşı Milli Strateqiyanın icrasına dəstək vermək, regionlarda keçirilmiş antikorruasion sorğuların nəticələrini ictimaiyyət nümayəndələri ilə bölüşmək, korrupsiya hallarının aradan qaldırılmasına nail olmaqdır.
Tədbirdə o da vurğulanıb ki, korrupsiya halları ilə bağlı müraciətlər ən çox məhkəmələr, bələdiyyələr, səhiyyə və təhsil sahəsi ilə bağlıdır. Gəncədə isə korrupsiya halları ilə bağlı müraciətlərin sayı azalıb. Göstərici 50 faizdən 30 faizə enib. Bu da görülən tədbirlərin müsbət nəticəsidir.
Vüsalə Cənnətova

Oxşar yazılar

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO
6 iyun 2025 , 14:39
Sabah bu rayonlara qar yağacaq - PROQNOZ
6 iyun 2025 , 12:07
Əksər rayonlara leysan yağır - FAKTİKİ HAVA
6 iyun 2025 , 10:32
"Qaragenlə görüşməyi özümə yaraşdırmıram" - Allahşükür Paşazadə
6 iyun 2025 , 09:53
Azərbaycanda bayram namazı qılınır
6 iyun 2025 , 08:01
Azərbaycanda Qurban bayramı tətili başladı
6 iyun 2025 , 01:16
Azərbaycanda Qurban bayramı qeyd olunur
6 iyun 2025 , 01:14