Bakıda hava təhlükəli həddə zəhərlənir!
Ekoloqlar xəbərdarlıq edir ki, zibilliklərin yandırılmasından havaya küllü miqdarda yayıla bilən zəhərli maddələr atılır
Ekologiya və Təbii Sərvətlər Nazirliyi atmosfer havasının çirklənməsinə dair Bakının bir neçə rayonunda apardığı monitorinqin nəticələrini açıqlayıb. Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən aparılmış monitorinq əsasən, Bakının Xətai, Nizami, Binəqədi rayonlarını əhatə edib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı Xətai rayonu ərazisində 10 nöqtədə, 7-ci mikrorayonda 3, Nizami rayonunda 1 ünvanda məişət tullantılarının yandırılması halları qeydə alınıb. Tullantılarının yaşayış massivlərində yandırılmasının günün müxtəlif vaxtlarında, əsasən də səhər və gecə saatlarında baş verdiyi müşahidə edilib.
Nazirliyin mütəxəssisləri xəbərdarlıq edir ki, məişət və tikinti-inşaat tullantılarının yandırılması zamanı tərkibində xlorlu birləşmələr olan plastik qabların yanmasından və digər kimyəvi maddələrin parçalanmasından atmosferə və yer səthinə böyük həcmdə konserogen maddələr, davamlı üzvi çirkləndiricilər olan dioksinlər və furanlar atılır. Bu isə əhalinin sağlamlığı üçün olduqca təhlükəlidir. Çünki dioksinlər və furanlar parçalanmaya qarşı davamlı, bioakkumulyasiya ilə xarakterizə olunan, hava, su, miqrasiya növləri vasitəsi ilə yayıla bilən zəhərli maddələrdir.
Aparılmış monitorinqlər zamanı tullantıların yaşıllıq zolaqlarında yandırılması halları da qeydə alınıb ki, bu da atmosfer havasını çirkləndirməklə bərabər havanın təmizlənməsində filtr funksiyasını yerinə yetirən ağacların qurumasına gətirib çıxarır.
Elxan SALAHOV

Oxşar yazılar

Qubada qar 7 kəndin yolunu BAĞLADI
18 aprel 2025 , 14:52
Lisenziyası ləğv edilmiş cərrahlar fəaliyyətini davam etdirə bilər - VƏKİLDƏN AÇIQLAMA
18 aprel 2025 , 13:16
Sabah yaz havası hiss edəcəksiniz - PROQNOZ
18 aprel 2025 , 12:20
Nuridə Allahyarova Yeni Klinikadan ayrıldı
18 aprel 2025 , 10:56
Bu gün Bakının 3 rayonunun qazı kəsiləcək
18 aprel 2025 , 09:31
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18 aprel 2025 , 08:16
Tezliklə bütün problemlərə “əlvida” deyəcək BÜRCLƏR
18 aprel 2025 , 00:02