Azay Quliyev: “İctimai və humanitar fəaliyyət üçün şərait daha da yaxşılaşacaq”
09 iyun 2009 10:15 (UTC +04:00)

Azay Quliyev: “İctimai və humanitar fəaliyyət üçün şərait daha da yaxşılaşacaq”

“Könüllü fəaliyyət haqqında” Qanun qəbul edildi

Bu gün Milli Məclis “Könüllü fəaliyyət haqqında” Qanun layihəsini 3-cü oxunuşdan sonra qəbul etdi. Qanun layihəsinin müəllifi, deputat Azay Quliyev dəstəyə görə Milli Məclisin rəhbərliyinə və deputat həmkarlarına minnətdarlıq edib.

Millət vəkili deyib: “İnanıram ki, belə bir qanunun qəbulu könüllü fəaliyyətlə məşğul olan vətəndaşlarımızın hüquq və mənafelərinin qoruması ilə bərabər, həm də Azərbaycanda vətəndaş cəmiyyətinin güclənməsinə və onun ayrı-ayrı təsisatlarının sərbəst, maneəsiz fəaliyyətinə etibarlı hüquqi təminatın genişləndirilməsinə xidmət edəcək. Eyni zamanda, əminəm ki, qanunun qəbul edilməsilə ölkəmizdə ictimai və humanitar fəaliyyət üçün mövcud şərait daha da yaxşılaşacaq və bununla da son illər möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu sahədə ardıcıl şəkildə həyata keçirilən islahatlara önəmli dəstək veriləcək.”

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyulub və yekdilliklə qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 845

Oxşar yazılar

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO

6 iyun 2025 , 14:39
Sabah bu rayonlara qar yağacaq  - PROQNOZ

Sabah bu rayonlara qar yağacaq - PROQNOZ

6 iyun 2025 , 12:07
Əksər rayonlara leysan yağır - FAKTİKİ HAVA

Əksər rayonlara leysan yağır - FAKTİKİ HAVA

6 iyun 2025 , 10:32
"Qaragenlə görüşməyi özümə yaraşdırmıram"  - Allahşükür Paşazadə

"Qaragenlə görüşməyi özümə yaraşdırmıram" - Allahşükür Paşazadə

6 iyun 2025 , 09:53
Azərbaycanda bayram namazı  qılınır

Azərbaycanda bayram namazı qılınır

6 iyun 2025 , 08:01
Azərbaycanda Qurban bayramı  tətili başladı

Azərbaycanda Qurban bayramı tətili başladı

6 iyun 2025 , 01:16
Azərbaycanda Qurban bayramı  qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur

6 iyun 2025 , 01:14
Prezidentdən Qurban bayramı PAYLAŞIMI

Prezidentdən Qurban bayramı PAYLAŞIMI

6 iyun 2025 , 00:17