Azərbaycanlı alim ermənilərin Kür və Arazı çirkləndirməsindən danışdı
Qazaxıstanın Almatı şəhərində Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə ekspertlərin “Transsərhəd yeraltı suların inventarlaşdırılması” adlı beynəlxalq seminarı keçirilib. YUNESKO ilə ATƏT-in təşkil etdiyi seminarda Rusiya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacigistan, Qırğızıstan, Türkmənistan və Ermənistan iştirak edib. Azərbaycanıtədbirdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun baş elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru Adışirin Ələkbərov təmsil edib. İnstitutun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə transsərhəd yeraltı su obyektlərinin geoekoloji vəziyyəti, çirkləndirilmə problemləri, mühafizəsi, səmərəli istifadəsi, istifadə zamanı qonşu ölkələrin milli maraqlarının gözlənilməsi və bu kimi digər məsələlər müzakirə edilib.
Azərbaycan ərazisindəki transsərhəd yeraltı suların problemləri, yeraltı və yerüstü suların sıx əlaqəsi haqqında danışan A.Ələkbərov əsas diqqəti Kür və Araz çayları və onların bəzi qollarının Ermənistan və Gürcüstan ərazilərində çirkləndirilməsi, sərhəd zonada tərkiblərində həddən artıq çirkləndirici kimyəvi element və birləşmələrin olması məsələlərinə yönəldib. O bildirib ki, Tbilisi, Yerevan və bu kimi digər iri şəhərlərin çirkab sularının tərkibindəki yalnız bərk hissəciklər yığılır və çirkab sular bioloji baxımdan təmizlənməyərək birbaşa bu çaylara axıdılır. Bunun ziyanlı nəticələrindən biri kimi, Azərbaycanın bəzi transsərhəd ərazilərində yeraltı sular çirklənir.
Seminarda transsərhəd yeraltı sulardan istifadə ilə əlaqədar neqativ halların aradan qaldırılması, bu tip su obyektlərində geoekoloji vəziyyətin tənzimlənməsi, yeraltı suların tükənməsi və çirkləndirilməsinə qarşı tədbirlərin zəruriliyi vurğulanıb. Qeyd olunub ki, YUNESKO və ATƏT-in müvafiq qurumları bu sahədə səylərini daha da gücləndirəcək, problemlərin effektiv həllinə nail olunacaq.
Pərvin ABBASOV

1134